Milyarder Bakıda Bankın yeni baş ofisinin açılışında iştirak etdi
Oktyabrın 20-də "Yelo Bank" ASC-nin yeni baş ofisinin rəsmi açılış mərasimi baş tutub.
ASC-nin yaydığı məlumatda bildirilir ki., tədbirdə Bankın bütün səhmdarları, Azərbaycan Respublikası Mərkəzi Bank rəhbərliyi, eləcə də digər rəsmi şəxslər iştirak edib.
H.Zərdabi prospekti 81K ünvanında yerləşən müasir ofis binası bankın yeni "Parlaq Bankçılıq" konsepsiyasına uyğun olaraq təmir edilib.
Bina geniş ofis sahəsi, rahat iş yerləri, böyük akt zalı, kitabxana, idman zalı və yeməkxana da daxil olmaqla öz funksionallığı ilə seçilir. Qeyd olunanların hamısı əməkdaşlara iş məsələlərini həll etməklə bərabər, ünsiyyət, sosiallaşma , qarşılıqlı əlaqə və görüşlər üçün də imkan yaradır.
Açılışda çıxış edən tanınmış milyarder iş adamı Vahid Ələkbərov bu ilin əvvəlindən həyata keçirilən yeni strategiyanın düzgünlüyünə əminliyini bildirib və Bankın yüksək maliyyə göstəricilərinin də bunun sübutu olduğunu ifadə edib:
“Yelo Bank, missiyası həm kiçik və orta sahibkarlığa dəstək göstərməkdən, həm də Azərbaycan əhalisinə geniş çeşiddə maliyyə xidmətləri təqdim etməkdən ibarət olan müasir bir brenddir.
Bu gün gördüyümüz hər bir şey komandanın peşəkarlığını sübut edir. Yelo Bank rəhbərliyi və kollektivini bu əlamətdar hadisə münasibəti ilə bir daha təbrik edirəm, hər kəsə uğurlar və qoyulmuş hədəflərə çatmağı arzulayıram".
Mərkəzi Bankın sədri Elman Rüstəmov yeni baş ofisin açılışı münasibətilə bank kollektivini təbrik edib və rebrendinq prosesindən sonra Yelo Bankın əldə etdiyi nəticələri yüksək qiymətləndirdiyini bildirib.
Yelo Bankın Müşahidə Şurasının sədri Marina Kulişova uzun müddətdir gözlənilən yeni baş ofis açılışının Bankın rebrendinq prosesinin məntiqi nəticəsi olduğunu qeyd edib:
"Baş ofis istənilən təşkilatın ürəyi və beyin mərkəzidir. Əsas sərvətimiz burada çalışan əməkdaşlar olduğundan, komandamız üçün ən rahat şəraitin yaradılmasına xüsusi diqqət yetirdik".
Yelo Bankın İdarə Heyətinin sədri Anar Həsənov baş ofis açılışının yeni strategiyanın həyata keçirilməsində növbəti addım olduğunu təsdiqləyib:
“Bank xidmət səviyyəsində artıq keyfiyyətcə yeni mərhələyə çatıb. Yeni strategiyamıza əsasən iqtisadiyyatın real sektorunu dəstəkləməyə davam edəcəyik. Həmçinin, müştərilərimizin bank təcrübəsini təkmilləşdirmək üçün yeni innovativ həllər axtararaq pərakəndə bankçılığı da fəal şəkildə inkişaf etdirəcəyik.
Əsas strateji biznes hədəflərimizin reallaşdırılmasında Banka göstərdiyi əvəzsiz dəstəyə görə çox hörmətli Vahid Ələkbərova təşəkkür etmək istəyirəm”.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
26 d. əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
1 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
2 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib



























