AİB Azərbaycanda maliyyə texnologiyalarının inkişafına dəstək verəcək
Asiya İnkişaf Bakının (AİB) prezidenti “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı ölkələrində regional əməkdaşlıq üçün maliyyə texnologiyaları” layihəsinə 750 min ABŞ dolları ekvivalentini aşmayan texniki yardımın təqdim edilməsini təsdiqləyib.
Layihə ABD-nin Xüsusi texniki yardım fondunun maliyyə vəsaiti ilə qrant əsasında maliyyələşdiriləcək (350 min ABŞ dolları TASF 7-nin xüsusi fondundan, 400 min ABŞ dolları TASF15-in digər mənbələrindən ayrılacaq).
Texniki yardım layihəsi 2021-ci ilin oktyabr ayından 2023-cü ilin dekabr ayınadək 27 aylıq müddəti əhatə edəcək. Layihənin icrası dövründə, təxminən, 27 beynəlxalq adam-ay və 36 milli adam-ay konsultasiya xidməti göstəriləcək.
Texniki yardım vəsaiti hesabına CAREC-ə üzv ölkələrin maliyyə texnologiyaları sahəsində əldə olunmuş tərəqqi haqqında tədqiqatlar və köməkçi informasiya məhsulları hazırlanacaq.
Tədqiqatlarda maliyyə texnologiyaları ilə əlaqəli transsərhəd ödəmələr və hesablaşmalar, maliyyə tənzimləməsi və nəzarətinin inkişaf etdirilməsi, həmçinin özəl sektorun inkişafı, regional inteqrasiya və əməkdaşlıq kimi məsələlər işıqlandırılıb. Real aktivlərin rəqəmsallaşdırması və tokenizasiyası sahəsində nailiyyətlər, kapital və innovasiyalar bazarının inkişafı baxımından regional əməkdaşlıq sahəsində irəliləyiş baxımından Maliyyə texnologiyalarının potensial rolu müəyyən ediləcək.
CAREC regionunda maliyyə texnologiyalarının sürətli tərəqqisi üçün yol xəritəsinin hazırlanması planlaşdırılır. Bu yol xəritəsi çərçivəsində Ekspert biliklərinin gələcək inkişafı və regional səviyyədə maliyyə sektorunda innovasiyaların stimullaşdırılması üçün regionda maliyyə innovasiyaları mərkəzinin yaradılması imkanı qiymətləndiriləcək. Yol xəritəsinin hazırlanmasında AİB, CAREC İnstitutu, həmçinin maliyyə texnologiyaları ilə məşğul olan dövlət və özəl tərəfdaş təşkilatlar arasında əməkdaşlıq və informasiya mübadiləsi həyata keçiriləcək. Yol xəritəsində, maliyyə mənbələrinə çıxış baxımından ciddi məhdudiyyətlərlə üzləşən yerli icmalara, o cümlədən qadın sahibkarlara və borcalanlara xüsusi fayda vermək üçün maliyyə texnologiyalarından istifadə etməklə regionda maliyyə xidmətlərinə çıxışın genişləndirilməsi üzrə təkliflər yer alacaq.
Xatırladaq ki, CAREC proqramı regional əməkdaşlıq vasitəsilə iqtisadi artıma və dayanıqlı inkişafa dəstək məqsədilə 11 ölkənin (Azərbaycan, Əfqanıstan, Çin, Gürcüstan, Qırğız Respublikası, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan) tərəfdaşlığını əks etdirir.
2021-ci ildə CAREC-ə Azərbaycan sədrlik edir.
©️ Report
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
8 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 8 saat əvvəl
-
-
8 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
8 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
13 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 13 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb
























