Muğanbank təcrübə proqramı elan edir
Karyerasını banklarda qurmaq istəyən gənclər üçün təcrübə keçmək imkanı!(®) “Muğanbank” ASC gələcək karyerasını bank sektorunda qurmaq istəyən gənclər üçün təcrübə keçmək imkanı yaradır.
Təcrübə Proqramına qoşulmaq üçün iqtisadiyyat və maliyyə sahələri üzrə ali təhsil almış gənclər “Muğanbank” ASC-yə müraciət edə bilərlər.
Təcrübə Proqramına cəlb ediləcək namizədlər üçün aşağıdakı tələblər mövcuddur:
- Məntiqi və analitik düşünmə qabiliyyəti;
- Yaxşı səviyyədə kompüter bilikləri (ofis proqramları mütləqdir)
- Ünsiyyət və təqdimat bacarığı.
Təcrübə müddəti 3 aydır. Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə bank tərəfindən xüsusi sertifikat və müsbət xasiyyətnamə veriləcəkdir. Bu gənclərdən ən yüksək nəticə göstərənlər işlə də təmin oluna bilərlər.
Təcrübə Bakı şəhəri ilə yanaşı regionlardakı filialları da (Sumqayıt, Gəncə, Mingəçevir, Masallı, Bərdə, Salyan, Xaçmaz) əhatə edəcək.
Proqrama qoşulmaq istəyənlər 01.11.2021-ci il tarixinə kimi CV-lərini mövzu sətrində “Təcrübə proqramı” qeyd edərək, [email protected] ünvanına CV (3×4 formatlı şəkil, təhsili əsaslandıran sənədi də əlavə edilməklə) göndərməlidirlər.
Yalnız müvafiq meyarlara uyğun sayılan namizədlər müsahibələrə dəvət olunur.
Müştərilərin xəbərləri
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
-
1 saat əvvəl
“Gəncə Cihazqayırma Zavodu”nda dividend və borc məsələləri müzakirə olunacaq
-
-
2 saat əvvəl
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Danimarkanın əczaçılıq şirkətinin Azərbaycanda fəaliyyəti müzakirə olunub
-
3 saat əvvəl
Azərbaycan şirkəti Rusiyada aqropark yaradacaq - 3,4 MİLYONLUQ MÜQAVİLƏ İMZALANIB
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Azərbaycanda bağçılıq subsidiyası veriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
"Caspian Motor-Show" bu il “Sea Breeze”də keçiriləcək
Xərcləmədən də mil qazanmaq mümkündür: “Miles&Smiles PAŞA Bank” kartlarında yeni funksionallıq
FIFA 2026 finalını yerində izləmək fürsəti sahibinə təqdim edildi – Birbank və Visa-nın kampaniyası yekunlaşdı
Nazirə yeni müşavir təyin edilib



























