Azərbaycanda həkimlər üçün yeni platforma quruldu
Həkimlər səhiyyədə müasir yanaşmalar, innovasiyalar və yeni müalicə üsulları ilə vaxtında vaxtında tanış olacaqlar.(®) Azərbaycan Tibb Universiteti və Bioloji Təbabət Klinikalar şəbəkəsinin təşəbbüsü ilə Azərbaycanda “SƏHİYYƏDƏ MÜASİR YANAŞMALAR” tibbin inkişafı platforması quruldu.
Elxan Yaqubov:“Həkimlərin mütəmadi olaraq səhiyyədəki yeniliklərlə, yeni tədqiqatlarla, innovasiyalarla tanış edilməsi onların inkişafı ilə bərabər pasiyentə, xəstəliklərə, bütövlükdə tibbi xidmətə yanaşmanın təkmilləşməsi deməkdir”
Azərbaycan Tibb Universiteti və “Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyəti” Bioloji Təbabət Klinikalar şəbəkəsinin dəstəyi ilə Lənkəranda “Səhiyyədə müasir yanaşmalar - 2021” I regional elmi-praktik konfransı keçirilib.
Konfransın əsas məqsədinin regionda olan həkimlərin davamlı tibbi təhsil prosesinə dəstək olmaq, onları yeni tibbi tədqiqatlar, müasir yanaşmalarla tanış etməklə əhaliyə səmərəli və keyfiyyətli tibbi xidmət göstərilməsinə töhfə vermək olduğu bildirilib.
Açılış nitqi ilə qonaqları salamlayan Bioloji Təbabət Klinikalar şəbəkəsinin təsisçi direktoru Elxan Yaqubov konfransın önəmini vurğulayıb: “Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Biz inanırıq ki, səhiyyənin inkişafı həkimin peşəkar inkişafı ilə paraleldir. Həkimlərin mütəmadi olaraq səhiyyədəki yeniliklərlə, yeni tədqiqatlarla, innovasiyalarla tanış edilməsi onların inkişafı ilə bərabər pasiyentə, xəstəliklərə, bütövlükdə tibbi xidmətə yanaşmanın təkmilləşməsi deməkdir. Bioloji Təbabət Klinikalar şəbəkəsi olaraq biz, Azərbaycan səhiyyəsinin inkişafına xidmət edən belə təşəbbüslərə daima dəstək verəcəyik”.
Çıxış edən “Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyəti”nin sədri, Azərbaycan Tibb Universitetinin professoru Fikriyyə İbrahimli bu tip konfransın regionda ilk dəfə keçirildiyini qeyd edib: “Müzakirə olunacaq mövzuların hər biri özünəməxsus səviyyədə vacib, önəmli mövzulardır. İnanıram ki, bu müzakirələrlə biz xeyli yeni məlumatlar əldə edəcəyik. Konfransın ardıcıl olaraq hər il keçilirməsi planlaşdırılıb”.
Konfrans üç əsas panel - I Panel: “Xroniki xəstəliklərə müasir yanaşma – İnteqrativ tibb”, II Panel: “Cərrahi xəstəliklərə müasir yanaşma”, III Panel: “Pediatriya və neonatologiyada yeniliklər”dən ibarət olmaqla: “İnteqrativ tibb: Bu günün və sabahın təbabəti”, “İltihabi bağırsaq xəstəliklərinin müalicəsinə müasir yanaşma”, “Ginekoloji xəstəliklərin biotənzimləyici terapiyası”, “Prenatal diaqnostikada genetik testlərin əhəmiyyəti”, “Mədə xərçənginin cərrahi müalicəsində müasir yanaşmalar” və digər maraqlı mövzuları əhatə edib.
Konfransda Azərbaycan Tibb Universitetindən professor-müəllim heyəti, Bioloji Təbabət Klinikalar şəbəkəsinin həkimləri və mütəxəssisləri səhiyyənin müxtəlif sahələri üzrə təqdimatlar, fərqli xəstəliklərə müasir yanaşmalarla bağlı çıxışlar ediblər.
Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara, Lənkərandan, ümumilikdə 130 həkimin qatıldığı konfransda iştirakçılar müzakirələr və spikerlərlə sual-cavab sessiyaları vasitəsilə yeniliklərlə tanış oldublar, onları maraqlandıran suallara cavab tapıblar.
Konfransın nəticəsi olaraq, Bioloji Təbabət Klinikalar şəbəkəsinin təşəbbüsü ilə “Səhiyyədə müasir yanaşmalar” tibbin inkişafı platformasının qurulduğu elan edilib. Platformanın qurulma məqsədinin regionda fəaliyyət göstərən həkimləri səhiyyədə müasir yanaşmalar və innovasiyalarla vaxtında tanış etmək, onları sahələri üzrə yerli və beynəlxalq mütəxəssislərlə görüşdürmək, yeni müalicə üsullarını çatdırmaq, həmçinin fikir və təcrübə mübadiləsi üçün elmi-praktik mühit formalaşdırmaq olduğu bildirildib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 23 d. əvvəl
-
28 d. əvvəl
Bank olmayan kredit təşkilatları sektoru zərərdən mənfəətə keçib
-
40 d. əvvəl
Tramp növbəti dəfə İranı hədələdi: Artıq o yaxşı adam yoxdur
- 43 d. əvvəl
-
53 d. əvvəl
Ölkədaxili nağdsız əməliyyatların həcmi kəskin artıb - 3 AYDA 9,6 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan bankı 230 milyon dollarlıq yeni sindikativ kredit cəlb etdi
-
1 saat əvvəl
Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanın qiymətli kağızlar bazarı 27 %-dən çox kiçilib
Tramp növbəti dəfə İranı hədələdi: Artıq o yaxşı adam yoxdur
Ölkədaxili nağdsız əməliyyatların həcmi kəskin artıb - 3 AYDA 9,6 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Bankların kredit portfelinin artım tempi cüzi sürətlənib
Bakıda İnnovasiya Mərkəzinin yaradılmasına dair memorandum imzalanıb
Ödəniş kartlarının sayı martda 62 min ədəd artıb
Mərkəzdə mənzil sahibi olmaq istəyənlər üçün böyük fürsət – Nizami City - Foto-Video
Azərbaycanın bank sektorunda xalis mənfəət kəskin artıb
Bank sektorunda son vəziyyət - MƏRKƏZİ BANK YENİ RƏQƏMLƏRİ AÇIQLADI
"Bəzən betonun markası layihədə göstərilənlərə uyğun gəlmir. Belə halda tikinti dayandırılır"
Milli Depozit Mərkəzi zərərdən mənfəətə keçib






.jpg)






.jpg)





