Bir zamanlar Avropanın “xəstə adamı”, indi isə supergüc
Merkel arxada necə bir Almaniya qoyub gedir?Almaniya parlamentinə keçirilən seçkilərin ilkin rəsmi nəticələrinə görə, mərkəz-sol Sosial Demokrat Partiyası (SDP) nisbi üstünlüklə səslərin 25,7%-ni toplayıb (206 yer). Hazırkı kansler, artıq siyasətdən getməyə hazırlaşan Angela Merkelin mərkəz-sağ Xristian Demokratlar Birliyi (CDU/CSU) 24,1%-ni (196 yer), Yaşıllar Partiyası isə 14,8% (118 yer) səs əldə edə bilib.
Hazırkı nəticələr Merkelin varisi, maliyyə naziri Olaf Şolts-un növbəti kansler olmaq şansını xeyrli azaldıb. Heç bir partiya tələb olunan əksəriyyəti (735 yerdən 368-i) qazana bilmədiyindən, növbəti hökumət təkbaşına deyil, koalisiyalı iqtidar olacaq. Bu isə həm də yeni - post-Merkel erasının başlanğıcıdır.
Bəs 16 illik hakimiyyət dövründə Merkel Almaniya üçün nələri edə bilib, nələri etməyib? Marja.az xanım kanslerin fəaliyyətinin əsas nəticələrini araşdırıb...
“Xəstə adam”dan supergücə doğru
Almaniyanın ixraca və sənaye istehsalına əsaslanan iqtisadiyyatı Merkelin hakimiyyətə gəldiyi dövrdə artıq 2 illik tənəzzül dövrünü yaşayırdı. Merkel bu baxımdan ciddi uğura nail olub. 2005-ci ildə 2,3 trilyon avro (2,6 trilyon dollar) olan ÜDM 2020-ci ildə 3,3 trilyon avroya (3,8 trilyon dollara) çatıb. 2019-cu ilin sonunda - pandemiyadan əvvəl Avropa İttifaqının ümumi ÜDM-nin dörddə biri (24,7%) Almaniya iqtisadiyyatının payına düşürdü. Bununla da, 90-ci illərin sonunda “Avropanın xəstə adamı” adlandırılan Almaniya super iqtisadi gücə çevrilib.

Əmək bazarı genişlənib
Dünya Bankının rəsmi məlumatına görə, 2005-ci ildə 11,1% təşkil edən işsizlik səviyyəsi 2020-ci ildə 3,8%-ə qədər azalıb. Almaniya Avropada işsizliyin ən aşağı səviyyəsinə malik ölkələrdən biridir. Eurostat bu ilin iyuluna işsizlik səviyyəsinin 36% təşkil etdiyini bildirib. Həmçinin, Merkel 2008 və 2020-ci illərin böhranında “Kurzarbeit” - qısa iş vaxtı sxemi tətbiq edərək, sahibkarların işçiləri tamamilə işdən azad etmək əvəzinə, onların iş saatlarını azaltmasına və beləliklə, milyonlarla iş yerinin saxlanmasına nail olub.
Miqrasiya siyasəti
2014-2015-ci illərdə Avropada miqrant böhranı zamanı əksər Avropa ölkələri Suriyada vətəndaş müharibəsi nəticəsində Avropa axın edən qaçqınları qəbul etməkdən imtina etdiyi halda, Merkel 1 milyon qaçqın və miqrantın üzünə Almaniyanın qapılarını açıb. Bu siyasət həm də ölkədə anti-miqrasya əhvallı yaradıb və miqrantlar əleyhinə çıxan Almaniya üçün Alternativ partiyasına müəyyən nüfuz qazandırıb (partiya son parlament seçkilərində 83 yer qazanıb).
Xalis gəlir kifayət qədər artıb...
Merkel ölkənin idarəçiliyinə gəldiyi zaman ev təsərrüfatlarının adambaşına xalis gəliri Fransa və Böyük Britaniya kimi digər iri ölkələrdən fərqlənmirdi. Lakin, tədricən artan gəlir 2019-cu ildə 30 min avronu keçib. Böyük Britaniyada bu rəqəm adambaşına 25 155 avro, Fransada isə 26,158 avroya bərabər olub.
Bununla belə, Almaniyada gəlir məsələsində əsas problem hələ iki Almaniyanın birləşməsindən miras qalan şərq və qərb regionları arasındakı bərabərsizlikdir. OECD bəzi federal əyalətlər arasında adambaşına ÜDM həcmində ikiqat fərq olduğunu bildirir.
Problemli məqam - dövlət investisiyaları
Merkel hökumətinin ən çox tənqidə tuş gəldiyi məqam əlavə borclar götürməkdən qəti imtina siyasəti və infrastukturun təkmilləşdirilməsi ilə bağlı xərclərin məhdud olmasıdır. Merkel daha çox daxili resurslar hesabına müəyyən layihələrin icrasına və balanslı büdcəyə üstünlük verib. Bu isə getdikcə köhnələn infrastrukturun böyük probemlər törətməsi təhlükəsini yaradır. Həmin problem yeni hökumətin həll etməli olduğu əsas pioritetlərdən olacaq...
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
7 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
9 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 10 saat əvvəl
-
10 saat əvvəl
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
- 11 saat əvvəl
-
11 saat əvvəl
Almaniyada məşğulluq böhranı: İşçi qüvvəsinin 30 faizi bazarı tərk edəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Ən çox oxunanlar
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
“Merkuri BOKT” növbədənkənar yığıncaq keçiriləcək




























