İran Azərbaycan üzərindən sitrus meyvə ixracını artırmaq niyyətindədir
Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti inşa edilib istifadəyə verildikdən sonra İran daha çox məhsul ixrac etmək imkanı əldə edə bilərCari ildə İranda 4,5 milyon ton sitrus meyvə istehsal ediləcək ki, bunun da 2,5 milyon tonu Rusiya və başqa ölkələrə ixrac olunacaq.
Bu sözləri İranın Meyvə-tərəvəz Tacirləri İttifaqının sədri Mostafa Darainecat jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, sitrus meyvələr əsasən Mazandaran, Gilan və Gülüstan vilayətlərində yetişdirilir.
Qeyd edək ki, bu vilayətlər Xəzər dənizinin sahilində və Azərbaycan Respublikası ilə sərhəddə yerləşir və buradan istehsal olunan meyvələr yaxın və səmərəli olduğu üçün Rusiya və digər MDB ölkələrinə ixrac edilir. Əlbəttə ki, ixrac Azərbaycan üzərindən tranzit olaraq həyata keçirilir.
Adı çəkilə vilayətlərə səfər zamanı müşahidə etdik ki, kilometrlərlə uzanan meyvə bağları və dərilmiş meyvələrin saxlanılması üçün tikilən depolar dəmir yolunun çəkiləcəyi xəttin kənarındadır. Bildiyimiz kimi Qəzvin-Rəşt-Astara dəmir yolunun Qəzvin-Rəşt hissəsi tikilib istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Rəştdən Astaraya çəkilən yol Mazandaran, Gilan və Gülüstan vilayətlərindən keçir. Qeyd etdiyimiz kimi, ixrac üçün nəzərdə tutulan sitrus meyvələri məhz bu vilayətlərdə istehsal edilir.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xətti inşa edilib istifadəyə verildikdən sonra İran daha çox məhsul ixrac etmək imkanı əldə edə bilər. Hazırda sitrus meyvə ixracı yük avtomobilləri ilə həyata keçirilir. Rusiya, Ukrayna və Belarusa məxsus yük avtomobilləri Rusiyanın Dağıstan Respublikasından Azərbaycana buradan da Astara şəhərindən İrana daxil olub, meyvə yükləyib, qayıdırlar. Əvvəla qeyd etmək lazımdır ki, yük avtomobilləri az tutumludur və gömrük rəsmiləşdirilməsi bəzən uzun zaman aparır. Bu müddət ərzində isə məhsulun xarab olması ehtimalı olduqca artır. Məhsulun yolda xarab olması, sahibkarın necə deyərlər xərcə-borca düşməsi halları çox müşahidə olunub.
Lakin bu ixrac əməliyyatı qatarla həyata keçirilsə məhsul tez və ucuz qiymətə mənzil başına çatdırılar. Bir halda ki, qatar qeyd etdiyimiz kimi, meyvə bağlarının və depoların yanından keçirsə onda yüzlərlə maşının gömrükdə növbə gözləməsinə ehtiyac qalmaz.
Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolunun Rəşt-Astara hissəsi istifadəyə verildikdən sonra yüklər birbaşa sahələrdən qatara yüklənər və İran Astarasından Azərbaycan Astarasına keçməklə Rusiya, Ukrayna və Belarusa çatdırılar. Bu məsələ İran sahibkarları arasında müzakirə edilir. Onlar daha çox məhsul ixrac edib, onun mənzil başına daha tez çatdırılmasını istəyirlər ki, daha çox gəlir əldə etsinlər.
Mövsüm yaxınlaşır və İrandan sitrus meyvə ixracı başlayacaq. İxracı artırıb ölkəyə valyuta axınını təmin etmək üçün Qəzvin-Rəşt-Astara yolunun Rəşt-Astara hissəsi tez bir zamanda inşa edilib istifadəyə verilməlidir. Beləliklə aydın olur ki, İranın böyük ixrac potensialı var və bu potensialdan istifadə edib ixracı artırmaq lazımdır. Bunun üçün isə beynəlxalq tranzitdən istifadə etmək zəruridir.
Telegramda Marja.az səhifəsinə abunə olun
Azərtac
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan premium üstünlüklərlə dolu yeni ‘’Bankkart Prestij’’ kredit kartını təqdim edir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 21 d. əvvəl
- 38 d. əvvəl
- 45 d. əvvəl
- 55 d. əvvəl
-
57 d. əvvəl
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
-
1 saat əvvəl
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
Ən çox oxunanlar
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!
Azərbaycanda "Evini hissə-hissə al" satış modelinə start verildi
Azərbaycanda araq istehsalının həcmi 100 min dekalitrə çatdırılacaq
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
Ziraat Bank Azərbaycan premium üstünlüklərlə dolu yeni ‘’Bankkart Prestij’’ kredit kartını təqdim edir!


















