“Başak İnam Sığorta”nın xarici səhmdarı payını satmaq istəyir
“Başak İnam Sığorta” ASC-nin səhmlərinin 14%-nə nəzarət edən Türkiyənin "Groupama Sıgorta" şirkəti payını satmaq istəyir. Bu barədə sığorta bazarındakı mənbə bildirib.
Onun sözlərinə görə, buna səbəb türk şirkətinin sahibi olan Fransanın “Groupama” şirkətinin Türkiyədəki sığorta biznesini satmaq istəməsidir. Son nəticədə fransızlar Azərbaycan bazarından da çıxmağa qərar veriblər.
Bununla belə, hələ ki, “Groupama Sigorta”nın “Başak İnam Sığorta”dakı payını almaq istəyən yoxdur. Hazırda Azərbaycan şirkətinin səhmdarlarının diqqəti daha çox digər səhmdara – ləğvetmə prosesində olan “Zaminbank” ASC-yə yönəlib.
Məsələ ondadır ki, Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu “Zaminbank”ın vaxtilə “Başak İnam Sığorta”nın nizamnamə kapitalına yatırdığı 1,7 mln. manat vəsaiti geri çəkmək istəyir. Bu isə o deməkdir ki, şirkətin məcmu kapitalı indiki 5 mln. manatdan 3,3 mln. manata düşəcək və kapitalla bağlı sığorta şirkətlərinə qarşı müəyyən edilmiş minimum tələbnamə (5 mln. manat) pozulacaq.
Odur ki, “Başak İnam Sığorta”nın səhmdarları təcili olaraq şirkətin nizamnamə kapitalını artırmalı və “Zaminbank”ın yerini doldurmalıdır. Bu məsələ səhm sahiblərinin ötən gün keçirilmiş növbədənkənar ümumi yığıncağında müzakirə edilib. İclasın yekununda qəbul edilmiş qərarın gələn həftə açıqlanacağı gözlənilir.
Xatırladaq ki, "Başak İnam Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 mln. manatdır. Şirkətin səhmlərinin 24,24%-i "Zaminbank"a, 7,14%-i "Turanbank" ASC-yə, 5%-i "Azər-Türk Bank" ASC-yə, 14%-i "Groupama Sıgorta" şirkətinə, 0,34%-i "Aqrarkredit" QSC-yə, 15,83%-i Səbinə Akif qızı Həsənovaya, 15,21%-i Akif Əkbər oğlu Kərimova (Müşahidə Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09%-i isə digər 14 fiziki şəxsə məxsusdur.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 30 d. əvvəl
-
45 d. əvvəl
Dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan 100 vergi ödəyicisi - SİYAHI
-
-
1 saat əvvəl
İran: ABŞ danışıqlar prosesi öncəsi razılaşdırılmış 10 maddəlik təklifin 3 əsas maddəsini pozub
- 1 saat əvvəl
-
10 saat əvvəl
"Paşa Holding"də Baş icraçı direktorun müavini daha bir vəzifəyə təyin olunub
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
AccessBank yenidən Azərbaycanın ən çox vergi ödəyən 100 şirkəti sırasında
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Tramp: İrana silah satan ölkələrə 50% rüsum tətbiq ediləcək
Atəşkəsdən sonra Hörmüzdən ilk gəmi keçdi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox vergi ödəyən əczaçılıq şirkətləri -SİYAHI
Ən çox vergi ödəyən 100 şirkət siyasına daxil olan yeganə BOKT
"NORM" ən çox vergi ödəyən sement istehsalçısıdır
İntensiv yağışlar nəticəsində 600-dən çox sığortalı zərər görüb
Azercell yeni nəsil korporativ idarəetmə sistemini tətbiq edir
Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib





















