İraq neft qiymətlərində yüksəlişi dayandırıb
OPEC və kartelə daxil olmayan 11 ölkənin neft hasilatının azaldılması ilə bağlı 2016-cı il noyabrın 30-da Vyanada imzalanan anlaşmanın müddətini uzadılması barədə qərarı demək olar ki, bütün tərəflər arasında razılaşdırılıb. Səudiyyə Ərəbistanının nümayəndəsinin sözlərinə görə, sammit iştirakçıları anlaşmanın 9 ay uzadılmasına etiraz etmir.
Lakin sammitin başlamasına 1 gün qalmış İraq tərəfi anlaşmanın yalnız 6 ay uzadılmasını dəstəkləyəcəyini bildirib.
Bu açıqlama Londonda keçirilən konfransda İraqın "SOMO" neft şirkətinin rəhbəri Fələh Əlamri tərəfindən verilib. Qeyd edək ki, Əlamri öz açıqlamasını İraqın energetika nazirinin adından edib. Gözlənilməz xəbər S.Ərəbistanının energetika naziri Xalid əl-Falehin təcili olaraq Bağdada uçmasına səbəb olub.
İraq tərəfinin anlaşmanın müddəti ilə razılaşmaması neft qiymətlərinin düşməsinə səbəb olub. Hazırda "Brent" markalı neftin qiyməti dünənə nisbətən 0,7% azalaraq 53,46 dollar/barelə düşüb. Xatırladaq ki, neft hasilatının azaldılması ilə bağlı qərarın mayın 25-də Vyanada keçiriləcək 2 günlük iclasdan sonra açıqlanacağı gözlənilir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi












.jpg)





