"Neftin qiyməti 70 dollar civarında sabitləşir, gələcəkdə qiymət..."
OMV-nin keçmiş rəhbəri: "Gələcəkdə neftin qiyməti təkliflə müəyyənləşəcək, çünki neft hasilatının inkişafına çox az vəsait yatırılır"Avstriyanın OMV neft və qaz şirkətinin keçmiş rəhbəri Rainer Seele, vəzifəsindən ayrılmadan bir neçə gün əvvəl TASS-a verdiyi müsahibəsində, neftin yaxın gələcəkdə bir barrel üçün 70 dollar civarında sabitləşəcəyini söyləyib.
Marja xəbər verir ki, Rainer Seele, "Mənə elə gəlir ki, hazırda neftin qiyməti bu səviyyədə sabitləşir və sonrakı inkişaf tələblə müəyyən ediləcək" deyib.
Seele, perspektivlərin pandemiya ilə əlaqədar tətbiq edilən bütün məhdudiyyətlər ləğv edildikdən sonra daha aydın olacağını söyləyib.
"Orta və uzunmüddətli perspektivə gəlincə, düşünürəm ki, neftin qiyməti təkliflə müəyyənləşəcək, çünki neft hasilatının inkişafına çox az vəsait yatırılır", - deyə o bildirib.
Seele hesab edir ki, OPEC +-ın bazarda tənzimləyici rolu gələcəkdə artacaq: “Düşünürəm ki, gələcəkdə ehtiyatların və istehsalın həcmi daha da önəmli olacaq. Fakt budur ki, yeni yataqların inkişafına sərmayə qoymaq istəyi çox aşağı səviyyədədir. Və bu, ümumi neft hasilatında milli neft şirkətlərinin payının artmağa davam edəcəyi deməkdir. Bu baxımdan, gələcəkdə neft bazarlarının sabit tədarükünü təmin etmək üçün OPEC + əhəmiyyətli bir tənzimləyici vasitəyə çevrilə bilər. Düşünürəm ki, bu ittifaqın gələcəkdə çox rolu olacaq”.
Rainer Seele 2015 -ci ilin iyulundan OMV -yə rəhbərlik edirdi. 2021 -ci ilin yazında şirkətdəki səlahiyyətlərini uzatmamaq qərarına gəlib və sentyabrın 1-də vəifəsindən ayrılıb.
Müştərilərin xəbərləri
Birmarket-in böyük lotereyası yekunlaşdı: Sea Breeze-dən mənzil və Avatr 07 Pro avtomobil sahiblərini tapdı
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 12 d. əvvəl
- 34 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Azərbaycan neftinin son qiyməti
Qızılın qiyməti 5 min dolların üzərində qalmaqda davam edir
Xırdalanda anbarda, Bakıda obyektdə yanğın baş verib - VİDEO
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Etimad, peşəkarlıq və davamlı inkişaf!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz









.jpg)










