"Özəl şirkətlər Çinin ÜDM-nin 60%-dən çoxunu təmin edir"
Özəl şirkətlər Çinin inkişafında son dərəcə əhəmiyyətli rol oynayır və ölkənin ümumi daxili məhsulunun (ÜDM) 60%-dən çoxunu yaradırlar.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Liu He bildirib.
"Çin iqtisadiyyatının özəl sektoru vergi gəlirlərinin 50%-dən çoxunu, ÜDM-in 60%-dən çoxunu təmin edir" ,- Liu He deyib.
Liu He qeyd edib ki, Çinin şəhərlərində iş yerlərinin 80-dən çoxu özəl biznes sayəsində yaradılır, texnologiyaların təxminən 70%-i daim modernləşdirilir.
"Çindəki bazar oyunçularının 90%-dən çoxu özəl şirkətlərdir",- Baş nazirinin müavini bildirib.
Baş nazirin müavini vurğulayıb ki, ölkə hakimiyyəti özəl sektora fəal dəstək vermək, onu gücləndirmək üçün struktur islahatları aparır.
"Ölkəmizin açıqlığını artırmaq üçün daim tədbirlər görəcəyik", - Liu He deyib. Çin hökuməti "indi dəyişməyən və gələcəkdə də dəyişməyəcək" belə bir strateji xəttə möhkəm riayət edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 56 d. əvvəl
-
1 saat əvvəl
168 milyon manatdan çox mayası olan olan şirkətin nizamnamə kapitalı azaldılıb
- 1 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
16 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
17 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
17 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
17 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Şirkət yeni soyuducu anbarın tikintisinə başlayıb
Etimad, peşəkarlıq və davamlı inkişaf!
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb









.jpg)











