"Bank sektoru özünü yeni oyunçuların daxil olmasına hazırlamalıdır" - BANK RƏHBƏRİ
Açıq Bankçılığın (Open Banking) banklara təsiri ilə bağlı şübhə və ziddiyyətli fikirləri qeyd etməyə bilmirəm. Bir çox bankirlər, Open Banking-in tətbiqini ölkənin bütün bank sektoru üçün potensial güclü bir təhlükə kimi görür və çox ehtiyatlanır.
Bunu Marja-ya müsahibəsində "Bank Respublika" ASC-nin İdarə Heyətinin sədr müavini Elnur Həsənov bildirib.
Həsənov qeyd edib ki, bəzi bankların bu fürsətdən istifadə etməyə gec qalacağı, hətta ümumiyyətcə tətbiq etməyəcəyi və nəticədə aparıcı banklara manevr üçün və müştəri cəlb etmək üçün daha çox vaxt verməsi məni sevindirir: "Ciddi desək, fintex həlləri ilə inteqrasiya və əməkdaşlıq təmin edə bilməyən banklar qaçılmaz olaraq bazar payını itirəcək. Tezliklə, biznesi 5 il bundan əvvəl effektiv olan yanaşma ilə davam etmək mümkün olmayacaq. Millennialların, ağıllı telefonlar və planşetlərlə böyüyən nəslin, müştərilərimiz kateqoriyasına keçməsi, vərdişlərinə və gözləntilərinə uyğun düşünməyi və həmçinin hərəkətə keçməyi tələb edir.
Tənzimlənən maliyyə qurumlarının qaçılmaz ləngiməsi, bankların daim yeni yaradılan şirkətlərə yer verəcəyi əsas amillərdən biridir. Fintex şirkətləri ilə əməkdaşlıq isə, bankların ətalətini əhəmiyyətli dərəcədə azalda bilər və birgə həllərə əsaslı dinamika vermək iqtidarındadır".
Elnur Həsənov əlavə edib ki, Avropada tətbiq olunan əsas prinsiplərdən biri belə səslənir – müştərinin bank məlumatları bankların deyil, müştərinin mülkiyyətidir və müştəri bu məlumatı öz mülahizəsinə görə sərəncam vermək hüququna malikdir:
"Mərkəzi Bank tərəfindən bu məlumatların üçüncü tərəfə ötürülməsi üçün standartların tətbiqi müştəriləri kifayət qədər seçim azadlığı təmin edərək banklardan asılılıqdan azad edəcək.
Bank sektoru özünü yeni oyunçuların daxil olmasına hazırlamalıdır. Bu cür həllərin bazara girməsinin qarşısındakı maneələr azalır və azalmaqda davam edəcək. Həmin həllərə açıq olanlar qalib gələcək".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 18 d. əvvəl
-
37 d. əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
1 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
3 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
-
4 saat əvvəl
Qarabağ Universitetinə ötən il büdcədən 17 milyon manat ayrılıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
Ən çox oxunanlar
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib






















