Azərbaycanda "Twitter" istifadəçilərinin fəallığı kəskin azalıb
Bu ilin avqust ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı iyul ayı ilə müqayisədə 33,4 faiz bəndi artıb.
"Global Stats" statistika mərkəzinin hesabatına görə, sentyabrın 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 72,5% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 39,4 faiz bəndi çoxdur.
Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutub.
Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "YouTube" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı avqust ayı ərzində 1,2 faiz bəndi azalıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin sentyabr ayının 1-nə 8,5% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 7,1 faiz bəndi azdır.
Bu ilin avqust ayı ərzində ölkə üzrə "Pinterest" şəbəkəsinin istifadəçilərinin fəallığı 2,5 faiz bəndi azalıb. Sentyabrın 1-nə olan məlumata görə, "Pinterest" Azərbaycanın sosial media bazarında 8,2% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,8 faiz bəndi azdır.
Qeyd edək ki, avqustda ölkə üzrə "Twitter" istifadəçilərin fəallığı kəskin azalıb. Belə ki, cari ilin iyul ayında Azərbaycanın media bazarında "Twitter" 29,2% bazar payı ilə ikinci yerdə qərarlaşmışdırsa, avqust ayında bu sosial şəbəkə istifadəçilərinin fəallığının 27,3 faiz bəndi azalması, onun ikinci yerdən beşinci yerə düşməsinə səbəb olub. Sentyabr ayının birinə olan məlumata görə, "Twitter"in Azərbaycanda bazar payı 1,88% təşkil edib.
Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Instagram" – 4,26%, “Tumblr” – 2,99%, "Twitter" – 1,88%, "VKontakte" – 0,98% və s.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




