Azərbaycanda özəl baytarlıq xidmətinə keçid prosesinə start verilir

Azərbaycan Prezidentinin 22 aprel 2020-ci il tarixli “Baytarlıq sahəsində həyata keçirilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının tövsiyələri və Kənd Təsərrüfatı Nazirliyi ilə Dünya Bankının birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsinin dəstəyi ilə ölkədə özəl baytarlıq xidmətinə keçid prosesinə start verilir.
Özəl baytarlıq xidmətinə keçiddə əsas məqsəd:
- Baytarlıq xidmətinin strukturunun bazar iqtisadiyyatının tələblərinə uyğun təkmilləşdirilməsi;
- Daha keyfiyyətli baytarlıq xidmətinə nail olmaqla qida təhlükəsizliyinin yaxşılaşması və nəticədə, insan və heyvan sağlamlığının təmin olunması;
- Baytar həkimləri arasında rəqabət mühitinin formalaşması ilə onların bilik və bacarıqlarının artırılması;
- Heyvandarlıqla məşğul olan fermerlərin daha keyfiyyətli və səmərəli baytarlıq xidmətlərinə çıxışının təmin edilməsi;
- Baytar həkimlərin daha yüksək gəlir əldə etmələri üçün imkanların yaradılması və baytarlıq peşəsinin nüfuzunun artması bu sahəyə gənc kadrların cəlb olunmasıdır.
Özəl baytarlıq xidmətinə keçid ölkədə mövcud olan və dövlət büdcəsindən maliyyələşən 798 sahə baytarlıq məntəqəsində çalışan 1 624 sahə baytar həkimini əhatə edir.
Baytar həkimlər sentyabrın 1-dən bu ilin sonunadək mərhələli şəkildə Aqrar Xidmətlər Agentliyi ilə xidməti müqavilə əsasında fəaliyyətə başlayacaqlar.
Özəl xidmətə keçiddən sonra Aqrar Xidmətləri Agentliyi profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşən xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan tədbirlərin icrasını (peyvəndlənmə, qan nümunələrinin toplanması, və s.) xidməti müqavilə əsasında özəl baytar həkimlərə həvalə edəcək. Bundan başqa, özəl xidmətə başlamış baytarlar xidməti müqavilə əsasında ət və ət məhsullarının, süd və süd məhsullarının inspeksiyasını, xəstəliklərə qarşı aktiv və passiv müşahidələri, heyvanların identifikasiyasını və s. tapşırıqları da icra edəcəklər.
Özəl baytar həkimlər passiv müşahidə zamanı hansısa təhlükəli xəstəlikdən şübhələndiyi zaman rayon baytarlıq idarəsinə mütləq məlumat verməli və ölkədə hansisa fövqəladə tədbirlər zamanı köməklik göstərməlidir. Özəl baytarlıq xidmətinə keçməklə xüsusi təhlükəli xəstəliklərin vaxtında və çevik şəkildə aşkarlanması və mübarizə tədbirlərinin ləngimədən təşkili mümkün olacaq. Daha keyfiyyətli baytarlıq xidmətinin təşkili nəticəsində ölkədə mövcud olan xüsusi təhlükəli xəstəliklərin sayı və heyvandarlıq sahəsinə dəyən iqtisadi zərər azalacaq.
Aqrar Xidmətlər Agentliyi ilə müqavilə əsasında baytarların xidmət haqqı Nazirlər Kabinetinin 22 iyun 2021-ci il tarixli Qərarı ilə təsdiqlənmiş “Baytarlıq xidməti və nəzarəti tədbirlərinə görə alınan xidmət haqqının məbləği” preyskurantına əsasən hesablanıb ödəniləcək. Nəticə etibarilə, dövlət özəl baytarların kifayət qədər işinin olmasını təmin etmək üçün minimal olaraq illik və ya çoxillik müqavilələrə imkan verən davamlı maliyyələşdirməni təmin ediəcək.
Fermerlərin vəsati hesabına maliyyələşən digər xəstəliklər isə özəl baytarlarla fermerlər arasında müqavilə və ya razılaşma əsasında ödənişli şəkildə heyata keçiriləcək. Özəl xidmət fermerə də istədiyi baytarın işini seçmək və səmərəli, sərfəli, keyfiyyətli xidmət almaq imkanı verəcək. Özəl baytarlıq xidmətinin müvəffəqiyyətli olması üçün fermerlər özəl baytarlarda daha səmərəli və keyfiyyətli xidmətləri, peşəyə etik yanaşmanı və öhdəliklərin icrasını, texniki bacarıqları dəyərləndirməlidirlər.
Bundan əlavə, ölkədə Baytarlıq təcrübəsinin effektiv idarə edilməsi, baytarlıq sisteminin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, baytar həkimlərin və feldşerlərin peşəkar fəaliyyətinin tənzimlənməsi, heyvandarlıq məhsullarının xarici bazarlara çıxışının təmin olunması məqsədi ilə ölkədə qeyri-kommersiya qurumu - Baytarlıq Statuar Orqanının (BSO) yaradılması da nəzərdə tutulur. Dövlət və özəl sektorda baytarlıq xidmətlərinin tənzimlənməsinə dəstək olmaq, Baytarlıq təcrübəsinə icazə verilən baytar həkimlərinin qeydiyyatı, yenidən qeydiyyatı və reyestrinin aparılması, özəl baytar həkimlərinin ortaq maraqlarının dövlət və qeyri-dövlət orqanlarında təmsil və müdafiə etmək, Baytarlıq fakültəsinin tədris proqramına təhsillə əlaqədar yeniliklərin əlavə edilməsi, Рeşə Еtikası Məcəlləsinin qaydalarına riayət olunmasına nəzarət bu quruma həvalə ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 saat əvvəl
Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb
-
6 saat əvvəl
Əhali tərəfindən Azərbaycana 1.4 milyard dollarlıq məhsul idxal edilib
-
-
6 saat əvvəl
Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər
-
6 saat əvvəl
Mahmud Abbas: HAMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdırlar
- 7 saat əvvəl
-
7 saat əvvəl
Avropa bankı Azərbaycanda ilk dəfə istiqraz buraxır - MƏBLƏĞ
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakı Fond Birjasından "FINCA Azerbaijan"ın istiqrazları ilə bağlı qərar
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Son Xəbərlər

Azərbaycanın alüminium nəhəngi böyüyür - mənfəəti 5,7 dəfə artıb

Bu torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində tikililər inşa edilə və quraşdırıla bilər

“Azkredit"in xalis mənfəəti artıb

Dövlət Qulluğu Məcəlləsi hazırlanacaq

"Ülker" məhsullarının topdan və pərakəndə satıldığı mağaza açılıb
Ən çox oxunanlar

“E-qanun.ai” platformasının təqdimat mərasimi keçirilib

Temperatur enəcək, yağış yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ

"Bu emissiya Bank of Baku-nun güclü imicini ortaya qoydu" - MÜSAHİBƏ

Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR

Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu
