Bu il Lənkəranda yığımına tez başlanılıb, kiloqramı 1,5 manatdan Ukraynaya daşınır
Lənkəranda kivi bağlarında məhsul yığımına başlanılıb. Ötən illərdən fərqli olaraq bu il bağlardan tez yığılan kivi xarici bazarlara göndərilir. Havaların əlverişli keçməsi bağlarda məhsuldarlığa müsbət təsir edib.
Təsərrüfat sahibi Rəftarə Şükürovanın İstisu qəsəbəsində 15 hektar sahədə yaratdığı sitrus vadisində digər sitrus ağacları ilə yanaşı, 3 hektardan çox kivi bağı var. 2000 ağacın əkildiyi bu bağdan 6-cı ildir ki, kivi yığılır.
Təsərrüfatın daimi işçiləri olsa da, sitrus meyvələrinin yığımı zamanı 10-dan çox qəsəbə sakini buradan çörək pulu qazanır. Gündəlik qazanclarını əldə edən qadınlar bağda yorulmadan çalışırlar. Onlardan biri də Gülgəz Cabbarovadır. İstisu qəsəbəsində yaşayan Gülgəz Cabbarova bildirib ki, bağda uzun müddətdir işləyir:
“Yerli sakinlər yığım zamanı bu təsərrüfata gələrək gündəlik qazanclarını aparırlar. Hər gün yığdığımız məhsulun müqabilində pulumuzu alırıq. Günə 300 kiloqramdan çox kivi yığıram. Yaxşıdır, işimdən razıyam. Yerli sakinlər üçün yaxşı qazanc mənbəyidir”, - deyə o əlavə edib.
Təsərrüfat sahibi Rəftarə Şükürova deyir ki, bu il kivi yığımına çox erkən başlayıb. Yığım oktyabrın axırı - noyabrın əvvəlinə kimi davam edəcək. Məhsuldarlıq yaxşıdır. Təsərrüfatçı yığımın sonuna kimi kivi bağından 40 tona yaxın məhsul toplayacaqlarını deyir:
“Kivi bağımız 3,5 hektar sahəni əhatə edir. Biz ötən gündən bağda kivi yığımına başlamışıq, yığdığımız kivilər xaricə ixrac olunur. Çalışırıq ki, keyfiyyətli məhsul verək. Bu il də məhsulumuz boldur və keyfiyyətlidir. Ona görə tez yığıma başlamaq fürsəti qazanmışıq. İndi biz seçmə üsulu ilə yığım aparırıq. Tez yetişmiş meyvələri dəririk. Belə getsə, gözlədiyimiz nəticə olacaq. Hələ ki, 10-12 ton yığmışıq. Amma bundan sonra da bağdan gözləntilərimiz daha çoxdur”.
Bağlardan dərilən kivi maşınlara yüklənərək xarici bazarlara göndərilir. Kiloqramı 1 manat 50 qəpiyə satılan kivi hazırda Ukrayna bazarına aparılır.
Qeyd edək ki, Lənkəranda ümumilikdə 11 hektara yaxın kivi bağları salınıb.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
8 d. əvvəl
Unibank Yel çərşənbəsi münasibətilə 0 % komissiyalı kredit aksiyası keçirir
-
-
12 d. əvvəl
ABB-nin yeni süni intellekt köməkçiləri – AI-nur və AI-khan artıq hamıya əlçatandır!
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran müharibəsi İngiltərə Mərkəzi Bankının növbəti faiz endirimini təxirə sala bilər
-
1 saat əvvəl
Yaxın Şərqdən 200-ə yaxın Azərbaycan vətəndaşı Bakıya təxliyə olunur
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Fitch": İran münaqişəsi Azərbaycan üçün əlavə enerji gəlirləri yarada bilər
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nizami City-dən möhtəşəm kampaniya: mənzil alan qazanır - FOTO / VİDEO
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
İran müharibəsi İngiltərə Mərkəzi Bankının növbəti faiz endirimini təxirə sala bilər
Çinin ticarət profisiti rekord səviyyəyə yüksəlib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Azərbaycan İrana humanitar yardım göndərdi
Trampdan "neftlə bağlı bəzi sanksiyalara güzəşt" açıqlaması
Rəsmi məzənnələr açıqlandı
Neft müharibənin bitəcəyinə dair siqnallar fonunda ucuzlaşıb

























