“PAŞA Holdinq” əlilliyi olan şəxslərə dəstəyini davam etdirir
Son illərdə “Azərmaş” ASC və “PAŞA Holdinq” tərəfindən əlilliyi olan şəxslərə avtomobillər təqdim edilib. Həmçinin “Paşa Holdinq” II Dünya müharibəsində qazanılan Qələbənin 76-cı ildönümü münasibətilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına avtomobil hədiyyə edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, bununla bərabər, “PAŞA Holdinq” tərəfindən əlilliyi olan şəxslərə dəstək tədbirlərinin davamı kimi, 10 ədəd mühərrikli təkərli oturacaq alınaraq bu kateqoriyadan olan şəxslərə təqdim olunub. Qeyd olunanlar özəl sektorun sosial məsuliyyət çərçivəsində həssas qruplara dəstəyinin uğurlu nümunələrindən biridir.
“Ölkəmizdə həssas əhali qrupları ilə bağlı sosial dəstək işlərində özəl sektor da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sosial tərəfdaşlıq müstəvisində sosial məsuliyyət, həmrəylik prinsipindən öz töhfələrini verir. Sahibkarların bu istiqamətdə fəaliyyəti imtiyazlı şəxslərin mənzillə təminatı sahəsində olduğu kimi, sosial cəhətdən həssas təbəqələrdən olan şəxslərin avtomobillə, mühərrikli araba ilə təminatında da özünü göstərir”, - Nazirliyin məlumatında deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 57 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bank “BTB” 2025-ci ili 2,4 milyon manat xalis mənfəətlə başa vurub
-
1 saat əvvəl
“Aztelekom”a vətəndaş müraciətlərinin sayı əhəmiyyətli dərəcədə azalıb
-
2 saat əvvəl
AFB Bankın son 6 ayda əmanət müştərilərinin sayında 80% artım!
- 2 saat əvvəl
-
2 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycanda şirkətlərin sayı 204 mini də keçdi
ADY-nin qəbul etdiyi blok-qatarların sayında böyük artım
Azərbaycan neftinin son qiyməti
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Ən çox oxunanlar
Trampdan yeni qərar: Çiplərə 25 faiz vergi tətbiq edilib
Tramp: Ukrayna üzrə sülh sazişini Putin deyil, Zelenski ləngidir
Rəsmi məzənnələr açıqlandı
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Kapital Bank digər banklarda depozitlərini kəskin artırıb
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib




















