Dünyanın ən təhlükəsiz şəhərləri - SİYAHIDA BAKI DA VAR
COVID-19 təhlükəsizlik konsepsiyasını tamamilə dəyişib...Məşhur “Economist” jurnalının araşdırma bölməsi olan Economist Intelligence Unit qlobal miqyasda “Təhlükəsiz Şəhərlər İndeksi”nin 2021-ci il buraxılışını təqdim edib.
Marja hesabata istinadla xəbər verir ki, 60 şəhər özündə rəqəmsal, sağlamlıq, infrastruktur, şəxsi və ekoloji təhlükəsizlik sahələrini əhatə edən 76 göstərici əsasında qiymətləndirilib.
Danimarkanın paytaxtı Kopenhagen 82,4 balla reytinqdə 1-ci yeri tutub. Bununla da Avropa şəhəri əvvəlki illərin liderləri olan Tokio, Sinqapur və Osakanı qabaqlayıb.
Qlobal iqlim problemlərinin təsiri nəzərə alınaraq, bu il ilk dəfə qiymətləndirmədə ekoloji təhlükəsizlik meyarı tətbiq olunub. Həmçinin, COVID-19 pandemiyasının bütövlükdə qlobal təhlükəsizliyə yaratdığı təhdidlər bu il tərtib olunan reytinqdə hiss olunub. Digər bir diqqətçəkən məqam yüksək gəlirli ölkələrin təhlükəsizlik baxımından daha yaxşı nəticələr göstərməsidir.
Siyahıda paytaxtımız Bakı şəhəri 49,8 balla 52-cı sırada qərarlaşıb. Birləşmiş Ərəb Əmirliklərinin hər 2 aparıcı şəhəri - Abu Dabi (31-ci yer) və Dubay (35) da siyahıda yer alıb. Türkiyədən İstanbul şəhəri 37-ci, Rusiyanın paytaxtı Moskva 38-ci yeri tutub. Siyahıda 10-dan çox Avropa, 25-dən çox Asiya qitəsinin şəhərləri var.
Ən təhlükəsiz şəhərlərin siyahısı, ilk 10-luq:
Kopenhagen
Toronto
Sinqapur
Sidney
Tokio
Amsterdam
Vellinqton
Honkonq
Melburn
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























