Azərbaycan və Polşa arasında "xam neft" razılaşması
![Azərbaycan və Polşa arasında "xam neft" razılaşması](/img/marja.jpeg)
19-21 dekabr 2016-cı il tarixində Polşanın paytaxtı Varşavada Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib. Energetika Nazirliyindən verilən xəbərə görə, iclas çərçivəsində komissiyanın hər iki tərəfdən həmsədrləri Azərbaycanın energetika naziri Natiq Əliyev və Polşanın baş nazirinin müavini, inkişaf və maliyyə naziri Mateuş Moravietski arasında görüş keçirilib.
Görüş zamanı iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Hökumətlərarası Komissiyanın plenar iclasında çıxış edən energetika naziri N. Əliyev müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafında rolunu qiymətləndirərək, əlaqələrin genişlənməsi üçün bu səfərlərin zəmin yaratdığını vurğulayıb. Nazir əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün prioritet istiqamətləri dəyərləndirib və ölkəmizin iqtisadi potensialı, kənd təsərrüfatı, təbii və coğrafi şəraiti, turizm imkanları, qeyri-neft sektorunun inkişaf istiqamətləri, xarici investisiyaların cəlb edilməsi, yerli sahibkarlığın inkişafı üçün görülən tədbirlər, neft və kimya sənayesi, yaradılmış sənaye və texnoloji parklar, Azərbaycanın da fəal iştirak etdiyi beynəlxalq layihələr, o cümlədən, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu haqqında iştirakçılara ətraflı məlumat verib.
M. Moravietski isə 2015-2016-cı illərdə ikitərəfli ticarət dövriyyəsinin vəziyyəti ilə bağlı çıxış edərək bildirib ki, 2015-ci ildə Polşa-Azərbaycan ticarət dövriyyəsi 135 mln. dollar, 2016-cı ilin yanvar-sentyabr aylarında isə 84 mln. dollar təşkil edib. O, Polşa-Azərbaycan arasında ticarət dövriyyəsinin qənaətbəxş səviyyədə olması üçün hər iki ölkədə həyata keçirilən layihələrdə iş adamlarının qarşılıqlı olaraq iştirakının vacibliyini diqqətə çatdırıb.
Müzakirələr zamanı qarşılıqlı əməkdaşlığın perspektivli istiqamətlərindən biri kimi Azərbaycan iqtisadiyyatının dəniz sektorunun inkişafı, həmçinin dəmiryolu və şəhər nəqliyyat sisteminin, sənaye və rabitə üçün elektrik sisteminin təkmilləşdirilməsi, inşaat obyektlərinin tikintisi və təmiri, həmçinin abidələrin konservasiyası ilə bağlı sahələr qeyd edilib. “Baku Build 2017” beynəlxalq sərgisində Polşanın milli stendlə çıxış etməkdə maraqlı olduğu da bildirilib. Tədbirdə eyni zamanda Avropa İttifaqının onun şərq qonşuları ilə əməkdaşlığının əsas aləti kimi Şərq Tərəfdaşlığı siyasətinin əhəmiyyətindən bəhs edilərək, Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq haqqında yeni sazişin imzalanmasının Polşa-Azərbaycan iqtisadi əməkdaşlığının inkişafına təkan verəcəyi qeyd edilib. Bildirilib ki, Şərq Tərəfdaşlığı siyasətinin mühüm üzvü kimi, xüsusilə də nəqliyyat və enerji əlaqələrinin inkişafı sahəsində Azərbaycanın müstəsna rolu var. TRACECA, Avrasiya Neft Nəqli Dəhlizi, Cənubi Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrin həyata keçirilməsi bunun bariz nümunələridir.
İclasın sonunda Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasının yekun protokolu imzalanıb. Daha sonra Azərbaycan və Polşa iş adamlarının iştirakı ilə biznes görüşləri keçirilib. Biznes görüşlərin açılış mərasimində çıxış edən N. Əliyev Azərbaycanın xarici investisiyalar üçün açıq ölkə olduğunu vurğulayaraq, Polşa şirkətlərinin investisiya yatıra biləcəyi sahə və layihələrin çox olduğunu bildirib. O, Polşa şirkətlərini Azərbaycana dəvət edib. Tədbirdə Polşa-Azərbaycan biznes görüşlərinin iki ölkə arasında qarşılıqlı faydalı və səmərəli iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyi qeyd edilib. Komissiyanın iclası və biznes görüşlərində aparılan müzakirələrin və əldə edilən razılıqların mühüm bir qismi enerji sahəsində əməkdaşlığa dair olub. Beləki, SOCAR nümayəndələri “Sarmatiya” layihəsi üzrə polşalı tərəfdaşları ilə uğurlu danışıqlar aparıblar. “SOCAR Trading” ilə Polşanın neft şirkəti olan “Lotos” arasında keçirilmiş görüş zamanı Polşaya xam neftin nəqli, bu ölkənin şimalında yerləşən Qdansk şəhərindəki dəniz terminalına isə LPG və LNG məhsullarının çatdırılması ilə bağlı aparılmış danışıqlarda razılıq əldə edilib. Polşa tərəfi mineral ehtiyatların axtarılması və çıxarılması, mədən sektorunun firmalarının texnoloji əməkdaşlığından irəli gələn potensialın, həmçinin Polşa və Azərbaycanın elmi-tədqiqat və texniki institutları arasında əməkdaşlığın, o cümlədən dağ-mədən maşın və avadanlıqlarının çatdırılması və dağ-mədən müəssisələrinin işinin təhlükəsizliyini təmin edəcək avadanlıqla təmin edilməsi sahəsində əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsində maraqlı olduqlarını ifadə edib. Azərbaycan isə alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə olunması sahəsində müştərək biznes fəaliyyətini həyata keçirmək üçün iki ölkə tərəfindən stimullaşdırma, məlumat mübadiləsi və texnologiyaların bölüşməsi tədbirlərinin həyata keçirilməsi təklifi ilə çıxış edib.
Biznes görüşləri çərçivəsində AZPROMO və Polşa İnformasiya və Xarici İnvestisiyalar Agentliyi, Polşa İnkişaf Fondu, Polşa Sahibkarlığın İnkişafı Agentliyi, İxrac Kreditlərinin Sığortalanması Korporasiyası, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı təqdimatla çıxış ediblər. Nəqliyyat, kənd təsərrüfat, maliyyə-bank, turizm və sahibkarlığa dəstək sahəsində əməkdaşlığın inkişafına dair razılıqlar əldə olub. Qeyd edək ki, energetika naziri Natiq Əliyev Polşaya səfəri çərçivəsində həmçinin bu ölkənin energetika naziri Kşıştof Txujevski, Prezident Administrasiyasının xarici siyasət üzrə naziri Kşıştof Şçerski, xarici işlər nazirinin müavini Marek Jilkovski, inkişaf nazirinin müavini Tadeuş Koşçinski, energetika nazirinin müavini Mixal Kurtıka və Mazovetski vilayətinin voyevodası Zdislav Sipiera ilə ikitərəfli görüşlər keçirib.
Xatırladaq ki, Azərbaycan və Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası 15 dekabr 2014-cü ildə Bakı şəhərində keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
31 d. əvvəl
Naxçıvanda hərrac yolu ilə 8 torpaq sahəsi mülkiyyətə, 2 torpaq sahəsi icarəyə verilib
-
48 d. əvvəl
"Bakcell"dən daha bir yenilik: Aİ dəstəkli “Tarif Məsləhətçisi”
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Respublika Qan Bankı” publik hüquqi şəxsi yaradıldı - FƏRMAN
-
1 saat əvvəl
Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Vergi Xidməti plandan əlavə 1 milyard manatdan çox vergi yığıb - 8,2 MİLYARD TOPLANIB
- 2 saat əvvəl
-
2 saat əvvəl
İyunda Azərbaycanın dövlət qurumlarına kiberhücumlar 3 dəfəyə yaxın artıb
![AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur](/storage/thumbnail/thumbnail/cdn/2024/may/03/Azerbaycanda_vakansiyalar.png)
AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur
![Naxçıvanda hərrac yolu ilə 8 torpaq sahəsi mülkiyyətə, 2 torpaq sahəsi icarəyə verilib](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/13/hərrac-naxçıvan.jpg)
Naxçıvanda hərrac yolu ilə 8 torpaq sahəsi mülkiyyətə, 2 torpaq sahəsi icarəyə verilib
!["Bakcell"dən daha bir yenilik: Aİ dəstəkli “Tarif Məsləhətçisi”](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/13/suniintellekt-tarif.jpg)
"Bakcell"dən daha bir yenilik: Aİ dəstəkli “Tarif Məsləhətçisi”
![Siyəzəndə yük qatarı relsdən çıxıb, üç vaqon aşıb](/storage/thumbnail/thumbnail/cdn/2021/İyun/21/konteyner-qatar.jpg)
Siyəzəndə yük qatarı relsdən çıxıb, üç vaqon aşıb
![Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/13/Nəriman-Əsədov.jpg)
Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə
![Bakıya yeni elektrik qatarı gətirildi](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/13/yeni-qatr-1.jpg)
Bakıya yeni elektrik qatarı gətirildi
![Ximətin yaxşı və aşağı olduğu bankların adları açıqlanıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/13/hirsli.jpg)
Ximətin yaxşı və aşağı olduğu bankların adları açıqlanıb
Ən çox oxunanlar
![Vergi Xidməti plandan əlavə 1 milyard manatdan çox vergi yığıb - 8,2 MİLYARD TOPLANIB](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/13/vergi2024.jpg)
Vergi Xidməti plandan əlavə 1 milyard manatdan çox vergi yığıb - 8,2 MİLYARD TOPLANIB
![Çinlilər Azərbaycana vizasız səfər edə biləcəklər](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/13/çin-turistlər.jpg)
Çinlilər Azərbaycana vizasız səfər edə biləcəklər
!["Bank of Baku"nın kredit portfeli 54 milyon manata yaxın böyüyüb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/16/bankofbakuu.jpg)
"Bank of Baku"nın kredit portfeli 54 milyon manata yaxın böyüyüb
![“Unibank”ın biznes kreditləri portfeli 50 milyon manata yaxın artıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/16/unibank-kredit.jpg)
“Unibank”ın biznes kreditləri portfeli 50 milyon manata yaxın artıb
![“Expressbank”ın istehlak kreditləri portfeli 200 milyon manatı aşıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/16/expressbank.jpg)
“Expressbank”ın istehlak kreditləri portfeli 200 milyon manatı aşıb
!["Kapital Bank"ın kredit portfeli 5 milyard manata yaxınlaşıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/16/kapitalbank.jpg)