Tufan dəyəri bir milyon dollardan baha olan heykəli dənizə aparıb
Yaponiyanın Kaqava prefekturasına aid olan Naoşima adasında tufan məşhur yapon heykəltaraşı xanım Yayoi Kusamanın “Sarı balqabaq” heykəlini dənizə yuyub aparıb.
Üzərində qara dairələrin olduğu böyük balqabaq heykəli 1994-cü ildə ərazidə quraşdırılıb və həmin vaxtdan adanın əsas turizm obyektlərindən birinə çevrilib. Qeyd edək ki, heykəlin hündürlüyü təqribən 2 metrə çatır. Adətən onu tufan vaxtı ərazidən təhlükəsiz yerə aparmaq məqsədilə özülə möhkəm bərkitmirlər. Lakin bu dəfə tufan adanı gözlənilmədən ağuşuna aldığına görə, heykəli vaxtında götürmək mümkün olmayıb. Nəticədə külək onu qopararaq dənizə aparıb. Xoşbəxtlikdən balqabaq heykəli uzağa gedə bilməyib və külək onu yenidən sahilə qaytarıb.
Həmçinin bildirilir ki, konstruksiya bir neçə dəfə daşlara çırpıldığına görə, onun üzərində çatlar əmələ gəlib. Buna görə də dəyəri təqribən 1 milyon dollardan baha olan heykəli bərpa etmək üçün “Benesse Art Site” mədəniyyət mərkəzinə veriblər. Bərpa işləri başa çatdıqdan sonra “Sarı balqabaq” heykəlinin öz əvvəlki yerinə qaytarılacağı qeyd edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 5 gün sonra
-
- 6 d. əvvəl
-
7 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
35 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır
Mayda bank sektorunda çalışanların sayı azalıb
Ən çox oxunanlar
İyunun 26-da gözlənilən hava şəraiti
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA

























