Azərbaycanın mobil operatorunun yarım milyard manatdan çox mənfəəti bölüşdürülüb
"Azercell Telekom" MMC-nin yığılmış xalis mənfəətinin böyük hissəsi bölüşdürülüb.
Marja şirkətin 31 dekabr 2020-ci il tarixində başa çatan il üzrə konsolidasiya edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2019-cu ildə 993 milyon 854 min manat təşkil etmiş bölüşdürülməmiş mənfəəti 2020-ci ilin sonunda 552 milyon 937 min manat olub. Qısası, bölüşdürülməmiş mənfəət 440 milyon 917 min manat azalıb.
Əvvəlki illərin mənfəətindən 440 milyon 917 min manat və ötən ilin 104 milyon 166 min manat mənfəəti daxil şirkətin 544 milyon 973 min manat mənfəəti bölüşdürülüb. Yəni, ötən il şirkət səhmdarlarına 544 milyon 973 min manat dividend ödəyib.
Türkiyədə təsis edilmiş “Azertel Telekomünikasyon Yatırım Dış Ticaret A.Ş.” (“Azertel”) Azərbaycanda mobil xidmətlər operatoru olan “Azercell Telecom” MMC-nin yeganə təsisçisidir. “Azertel” nizamnamə kapitalının 51,3%-i Azərbaycan dövlətinə məxsus "AzInTelecom" şirkətinə, 42.2%-i “Cenay İletisim” şirkətinə və 6.5%-i Maltanın “FA Invest” şirkətinə məxsusdur.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 27 d. əvvəl
-
- 33 d. əvvəl
- 42 d. əvvəl
-
53 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 58 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)
.jpg)


.jpg)





.jpg)



