Dövlət Məşğulluq Agentliyi bp şirkətilə anlaşdı
Dövlət Məşğulluq Agentliyi ilə bp şirkəti arasında gələcək birgə layihələrin icrasını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Agentlikdən Marja-ya daxil olmuş məlumata görə, sənədi Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıb.
M.Abbasbəyli məşğulluq sahəsində aparılan islahatları, pandemiya və postmüharibə dövründə sosial dəstək paketləri çərçivəsində məşğulluq sahəsində proqramları qeyd edib. O, aktiv məşğulluq proqramlarının təşkili sahəsində Dövlət Məşğulluq Agentliyi ilə bp şirkəti arasında əlaqələrin önəmini və yeni imzalanan əməkdaşlıq sənədi ilə bu əlaqələrin daha da güclənəcəyini vurğulayıb.
B.Aslanbəyli bp-nin Azərbaycandakı fəaliyyətindən, həyata keçirdiyi geniş sosial sərmayə proqramlarından bəhs edib, o cümlədən yerli potensialın və sahibkarlığın inkişafına yönəlmiş sosial layihələri haqqında məlumat verib.
Görüşdə Anlaşma Memorandumu üzrə reallaşdırılması nəzərdə tutulan, gənc sahibkarlara dəstək məqsədi daşıyacaq “Kənd yerlərində gənc sahibkarlara dəstək” təşəbbüsündən bəhs olunub. Eləcə də əməkdaşlıq sənədi əsasında birgə fəaliyyət müstəvisində icra olunacaq məşğulluq layihələrinə dair fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
27 d. əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 43 d. əvvəl
-
1 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
2 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
4 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
Ən çox oxunanlar
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib
























