Maliyyə Nazirliyi 15 milyon manat borc aldı
3 avqust 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108024883 ISIN-li, 10 milyon manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 95.6048 AZN (8.6%) və 101.4499 AZN (7.15%) olan 27 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.0330 AZN (7.25%), orta ölçülmüş qiyməti 101.2438 AZN (7.1993%) müəyyən edilmişdir.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 70 milyon 739 min 100 manat yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 28 iyul 2026-cı ildir.
Hərrac iştirakçıları 4 avqust 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 4 d. əvvəl
-
- 18 d. əvvəl
- 21 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti





















