Olimpiadada qızıl medala görə 737 min dollar
Müxtəlif ölkələrin təyin etdiyi mükafatlar olduqca fərqlənir…İyulun 23-də başlayan və bir həftəyə yaxındır davam edən Tokio Olimpiya Oyunlarında artıq 330-dan çox medal öz sahibini tapıb. Bəs medal qazanan idmançılar bna görə nə qədər pul mükafat və başqa imtiyazlar alır? Marja bəzi ölkələrdəki vəziyyəti araşdırıb.
Filippinli idmançı, ağırlıqqaldıran Hidilin Diaz ölkəsinin Olimpiya tarixində ilk qızıl medalı qazanıb. Buna görə Filippin İdman Komissiyası və biznesmenlər birlikdə idmançıya 33 milyon peso (600 min dollar) ödəyəcək. ABŞ Olimpiya və Paralimpiya Komitəsi qızıl medal qazanan hər idmançını 37 500 dollar məbləğində mükafatlandırır. Qalib idmançılara ən yüksək mükafat verən ölkə Sinqapurdur - 737 min dollar.
Bəzi ölkələrin Milli Olimpiya Komitələrinə istinadla idmançılara verilən mükafat dair siyahını təqdim edirik:
Ölkə | Medallara görə mükafat, $ | ||
Qızıl | Gümüş | Bürünc | |
Sinqapur | 737 000 | 369 000 | 184 000 |
Qazaxıstan | 250 000 | 150 000 | 75 000 |
Malayziya | 236 000 | 71 000 | 24 000 |
İtaliya | 213 000 | 107 000 | 71 000 |
Filippin | 200 000 | 99 000 | 40 000 |
Macarıstan | 168 000 | 126 000 | 96 000 |
Braziliya | 49 000 | 29 000 | 20 000 |
Yaponiya | 45 000 | 18 000 | 9 000 |
ABŞ | 37 500 | 22 500 | 15 000 |
Cənubi Afrika | 37 000 | 19 000 | 7 000 |
Kanada | 16 000 | 12 000 | 8 000 |
Avstraliya | 15 000 | 11 000 | 7 000 |
Xatırladaq ki, 2016-cı ildə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya oyunlarında yüksək nəticə göstərən Azərbaycan idmançıları üçün mükafat aşağıdakı qaydada müəyyən edilmişdi:
Birinci yeri tutan hər bir idmançıya 400 min manat, Milli Olimpiya Komitəsinin xətti ilə əlavə 200 min manat;
İkinci yeri tutan hər bir idmançıya 200 min manat, Milli Olimpiya Komitəsinin xətti ilə əlavə 100 min manat;
Üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, Milli Olimpiya Komitəsinin xətti ilə əlavə 50 min manat.
Tokio Olimpiya Oyunlarında qazanılacaq medallara görə mükafat hələ müəyyən edilməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 17 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)






