Yelo Bank maliyyə vəziyyətini açıqladı - BANKIN SƏDRİNDƏN ŞƏRH
Yelo Bank 2021-ci ilin ikinci rübü üzrə maliyyə hesabatını açıqlayıb.
Bankın yaydığı press-relizdə qeyd edilib ki, ötən rüb olduğu kimi, bu rüb də Bankın əsas maliyyə göstəriciləri üzrə pozitiv dinamika müşahidə olunub. Belə ki, Bank hesabat dövrünü 10 milyon manat xalis mənfəətlə başa vurub. Eyni zamanda cəmi aktivlər ötən ilin sonu ilə müqayisədə 47.5 milyon manat artaraq 438.6 milyon manata çatıb.
Bankın kredit portfelində də nəzərə çarpan artım var. Belə ki, kredit portfeli ötən ilin sonu ilə müqayisədə 18.3% artaraq 364.8 milyon manata çatıb. Bu müddət ərzində portfelin böyük hissəsini təşkil edən biznes kreditləri üzrə 96.2 milyon manat, istehlak kreditləri üzrə isə 56.5 milyon manat veriliş olub. Qeyd olunan dövr üzrə Bank-ın depozit portfeli də 8% artaraq 253.8 milyon manata çatıb.
Hesabat dövrü üzrə bankın xalis faiz gəlirləri 21.3 milyon manat təşkil edib. Bu isə ötən ilin anoloji periodu ilə müqayisədə 20% artım deməkdir. Hazırda Bankın məcmu kapitalı 63.86 milyon manatdır, bu göstərici ilin əvvəlindən 10 milyon manat, requlyativ tələbdən isə 13.86 milyon manat çoxdur.
Yelo Bank-ın İdarə Heyətinin Sədri Anar Həsənov 2-ci rübün maliyyə nəticələrini belə şərh edib: “2021-ci il üçün qarşımıza qoyduğumuz hədəflərə uyğun irəliləyirik. Qısa zamanda yeni strategiyamızın nəticələrini görmək xoşdur. Təbii ki, bu nəticələr güclü komandamız və müştərilərimizin artan etibarı olmadan reallaşa bilməzdi. Ölkə iqtisadiyyatındakı ümumi canlanma dövründə əsas diqqətimizi kiçik bizneslərin maliyyələşdirilməsinə yönəltdik. Daha çox müştəriyə xidmətlərimizi çatdıra bilməyimiz üçün ilk 2 rübdə yeni filiallarımızı istifadəyə verdik və ilin sonuna qədər də daha bir neçəsinin açılışını planlaşdırırıq. Paralel olaraq rəqəmsal həllərimizi də inkişaf etdiririk. Əsas məqsədimiz müştərilərimizin istədikləri vaxt və ən rahat formada bank xidmətlərini ala bilməsidir. İlin sonunadək daha böyük nəticələr əldə edəcəyimizə inanıram”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 9 saat əvvəl
-
11 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək


























