"Naxçıvanbank"ın xalis mənfəəti azalıb
"Naxçıvanbank" ASC 2021-ci ilin 1-ci yarısını (yanvar - iyun dövrünü) 3 milyon 684 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə "Naxçıvanbank"ın xalis mənfəəti 1 milyon 105 min manat və ya 23% azalıb. "Naxçıvanbank" 2020-ci ilin 1-ci yarısını 4 milyon 790 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin azalması ehtiyata ayırmanın artması və bu il mənfəət vergisi ödənilməsilə əlaqədardır. Bankın yarımillik əməliyyat mənfəəti 5 milyon 430 min manatdan 5 milyon 514 min manata yüksəlib.
GƏLİRLƏRİ ARTIB
Marja Bankın rüblük hesabaatlarına istinadən xəbər verir ki, ötən ilin ilk 6 ayında "Naxçıvanbank"ın cəmi gəlirləri 8 milyon 28 min manat ikən, 2021-ci ilin ilk 6 ayında 8 milyon 585 min manata yüksəlib.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
30 İyun 2021-ci il tarixində "Naxçıvanbank" 276 milyon 150 min manat cəmi aktivlərə, o cümlədən 125 milyon 87 min manat kredit portfelinə malik olub. Bank ötən ilin sonunda 241 milyon 859 min manat cəmi aktivlərə, o cümlədən 106 milyon 757 min manat kredit portfelinə malik idi.
30 İyun 2021-ci il tarixində "Naxçıvanbank" 88 milyon 828 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
12 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 12 saat əvvəl
-
14 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























