“AS Group İnvestment” şirkəti Qurban bayramında 100 şəhid ailəsilə birlikdə oldu
(®️) “AS Group Investment” şirkəti özünün Korporativ Sosial Məsuliyyət siyasətinə sadiq qalaraq bu dəfə Qurban bayramında Beyləqan və Cəlilabad rayonlarından olan 100 şəhid ailəsini yad edib.
Şirkət əməkdaşları bayram günlərində Beyləqanın Şahsevən, Mil, Bahar, Kəbirli, Milabad, Bolsulu, Əlinəzərli, Dünyamalılar, Cəlilabadın Göytəpə, Uzuntəpə, Bəciravan, Adnalı, Novruzalılı, Alar, Həziyabad, Günəşli, Gülməmmədli kəndlərində şəhid ailələrilə görüşərək onlara bayram paylarını çatdırıb.
Ümumiyyətlə sentyabrın 27-dən, ölkəmizin ən şanlı tarixi yazılmağa başladığı gündən “AS Group Investment” ordumuz, vətəndaşlarımız və dövlətimizə dəstək olmağı özünə borc bilir. Şirkət ön cəbhədə döyüşən əsgərlərimizə, ordumuza və müharibə ərzində düşmən zərbələri nəticəsində evləri dağıdılan, başqa kəndlərə, qəsəbələrə yerləşdirilən vətəndaşlarımıza istər ərzaq təchizatı, istərdə də, balansındakı texnikası ilə dəstək olur.
Vətən Müharibəsi qələbə ilə başa çatdıqdan sonra “AS Group Investment” Mingəçevir şəhərində inşa etdiyi, şəhərin ən gözəl tikililərindən sayılan “Park Residence” Yaşayış Binasında qəhrəman şəhid Niyazi İsgəndərovun ailəsinə 3 otaqlı –təmirli və bütün məişət əşyaları ilə təchiz edilmiş mənzil hədiyyə edir.
Bundan başqa “AS Group İnvestment” şirkəti Vətən müharibəsində canlarından keçən və yaralanan qəhrəmanlarımızın ailələrinə dəstək olmaq məqsədilə yaradılan “Yaşat Fondu”na 150 min manat, işğaldan azad edilmiş ərazilərimizdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması məqsədilə yaradılmış “Qarabağ Dirçəliş Fondu”na isə 300 min manat məbləğində ianə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 32 d. əvvəl
-
- 38 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
15 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
15 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
Ən çox oxunanlar
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb






















