"İrs" silsiləsi layihəsi çərçivəsində daha 2 kitab təqdim edildi
"PAŞA Həyat" Sığorta Şirkətinin dəstəyilə, "İrs" silsiləsi çərçivəsində "Salam Azərbaycan" və "Şəki gözəlliyin sehri" adlı kitablar dərc edilib.
Marja-nın məlumatına görə, bu gün kitabların təqdimat mərasimində bildirilib ki, nəfis tərtibi və yüksək bədii estetik görünüşü ilə fərqlənən "Salam Azərbaycan" kitabı ölkəmizin, onun tarixini, mədəniyyətini, təbiətini, mətbəxini və dinamik inkişafını özündə əks etdirir.
"Şəki gözəlliyin sehri" kitabında isə Xan Sarayı və qədim Şəkinin tarixi ərazisi barədə təfsilatlı məlumat verilir.
Tədbirdə mədəniyyət naziri Anar Kərimov və ictimaiyyət nümayəndələri iştirak edib.
Anar Kərimov bildirib ki, bu layihə Azərbaycan mədəniyyətini nəinki ölkədə, eləcə də bütün dünyada tanıdılmasına xidmət edir: "Bu kitabda Azərbaycanın təbiəti, mədəniyyəti, gözəlliyi əks olunub. Bu kitabın beynəlxalq səviyyədə tanıdılması istiqamətində uğurlu layihədir. Ümid edirik ki, xaricdəki insanlar bu kitablardan ilhamlanaraq ölkəmiz haqqında daha dolğun məlumat alacaq və yaxından tanış olmaq istəyəcəklər. Kitabların hazırlanması, məlumatların yoxlanılması böyük əziyyətdir, ona görə nəşrlərin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdaram".
“PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov çıxış edərək qeyd edib ki, rəhbərlik etdiyi şirkət Azərbaycanın qədim tarixi, mədəniyyəti, adət və ənənələrilə əlaqədar layihələri dəstəkləyir, bu çərçivədə "Salam Azərbaycan" və "Şəki gözəlliyin sehri" adlı yüksək səviyyəli çap məhsullarının haırlanmasına dəstək göstərilmişdir. Bu məhsullar ölkəmizin dünyada tanıdılması və təbliği üçün çox önəmlidir.
Qeyd edək ki, korporativ sosial məsuliyyətin bir hissəsi olaraq "PAŞA Həyat" şirkəti Azərbaycan mədəni irsinin, adət-ənənələrinin, çoxsaylı abidələrinin beynəlxalq miqyasda tanıdılması və təbliği məqsədilə Mədəniyyət Nazirliyi və “IRS Publishing House”un 2013-cü ildən birgə həyata keçirdiyi “İrs” silsiləsi layihəsi çərçivəsində kitablar nəşri həyata keçirir. İndiyədək "PAŞA Həyat" Sığorta şirkətinin dəstəyi ilə 12 kitabın təqdimatı keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 31 d. əvvəl
-
- 37 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
- 1 saat əvvəl
- 12 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
15 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
15 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
"Kapital Bank"ın kredit portfeli 5,4 milyard manatı keçib
Sıfır xərclə ticarət mümkündür?
Tramp: Mənə İranda qətllərin dayandırıldığı barədə məlumat verilib
Azər Bayramov iqtisadiyyat nazirinin müavini təyin edilib
Ən çox oxunanlar
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
Xalq Bank 2025-ci ilin yekunlarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb






















