Proqnoz: Neftin qiyməti yenidən 20-30 dollar/barelə geriləyəcək
"2030-cu ilə neftin qiyməti sıfıra bərabər olsa belə, mənim üçün fərqi yoxdur".
"RİA" agentliyi xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd əl-Cadan "CNNMoney" kanalına müsahibəsində bildirib: "Əslində, 2020-ci ildə də mənə fərqi yoxdur neftin qiyməti 40, 45, 50 yoxsa 55 dollar olacaq. Çünki, biz neftdən asılılığı azaltmaq yolunda önəmli addımlar atmışıq. Son 40-50 il ərzində sürən bu asılılığı tamamilə aradan qaldırmağı planlaşdırırıq".
Xatırladaq ki, S.Ərəbistanı neftdən asılılığın azaldılması məqsədi ilə 2016-cı ildə plan hazırlayıb. Plana əsasən, neft emalı gücü hazırkı 3,1 mln. barel/gündən 2020-ci ilə qədər 3,3 mln. barel/günə çatdırılacaq. Həmçinin, bərpa olunan enerji ilə ölkə enerji istehsalının 4%-i təmin ediləcək. 2020-ci ilə qədər su və elektrik subsidiyalarının azaldılması ölkəyə 200 mlrd. rial və ya 53 mlrd. ABŞ dolları qazandıracaq. Bununla yanaşı, ölkə neft hasilatını azaltmayaraq 2020-ci ilə qədər 12,5 mln. barel/günə çatdırmağı dəstəkləyəcək.
S.Ərəbistanının maliyyə naziri tərəfindən verilən bu açıqlama ölkənin gələcəkdə neft hasilatını artıraraq OPEC və ona daxil olmayan ölkələrin hasilatı azaltmaqla bağlı anlaşmasından çıxa biləcəyini göstərir. Proqnozlar onu göstərir ki, yaxın bir neçə ildə neftin qiyməti yenidən 20-30 dollar/barelə geriləyəcək.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
6 saat əvvəl
Sabah Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndəriləcək
-
- 6 saat əvvəl
-
7 saat əvvəl
Evinizi təməldən seçin: “Sahil Park”da yeni mənzil satışları başladı - "Kristal!"
-
7 saat əvvəl
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞÜƏ BİLƏR
-
8 saat əvvəl
Bank olmayan kredit təşkilatına 15%-lə borca pul lazımdır - ŞƏRTLƏR
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycandakı dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM
-
9 saat əvvəl
AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ
Qızıl ilə bağlı xəbərdarlıq: QİYMƏTİ 3 FAİZƏ YAXIN DÜŞÜƏ BİLƏR
Dövlət Xidmətinin şirkəti ləğv olunur
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib
“Bakı Metropoliteni” xərcləri səmərəli idarə etməyi, gəlir mənbələrini şaxələndirməyi nəzərdə tutur































