Pulları qaçırdı, Bitcoin-ə yatırdı və varlandı - İNDİ ZƏRƏR ÇƏKMİŞLƏRƏ PULLARINI QAYTARIR
Türkiyədə 3 il əvvələdək "Çiftlik Bank"(Ferma Bankı) mexanizmi məşhur idi. Mexanizmi quran Mehmet Aydın investorların pulunu mənimsəyərək ölkədən qaçmış, bundan sonra onun barəsində Türkiyədə cinayət işi açılmışdır.
Marja xəbər verir ki, Türkiyə tarixinin ən iri fırıldaqçılıqlarından birinə imza atan və "Çiftlik Bank" mexanizmi ilə (piramida) 77 min 843 nəfərdən 511 milyon türk lirəsi yığaraq xaricə qaçan "Tosuncuk" ləqəbli Mehmet Aydın ötən axşam bir video yayıb. Aydın o videoda, "Günahsız olduğumu və zərər çəkdiyimi sübut etmək üçün öz azad iradəmlə Türk mühakiməsinə təslim olacağam" deyib. Tosuncuk bir müddət sonra Braziliyanın Sao Paulo şəhərindəki Türkiyə Baş konsolluğuna gedərək təslim olub.
Aydının Türkiyədən qaçırdığı pulları Bitcoin-ə yatıraraq sərvətini kəskin artırdığı ortaya çıxıb. "Axşam" qəzetində yer alan xəbərə görə, 2018-ci ilin Mart ayında Uruqvaya qaçan Tosuncuk pulun böyük hissəsi olan 500 milyon türk lirəsini o dövrdə 6 min dollar olan Bitcoin-ə yatırıb. Bu il aprel ayında Bitcoin-in qiyməti 64 min dolları aşaraq tarixi rekord qırdı. İddiaya görə, Mehmet Aydının sərvəti əlindəki Bitcoin-lər sayəsində 5 milyard lirəni aşıb.
"Tosuncuk"un Bitcoindən əldə etdiyi yüksək qazancdan sonra təslim olmağa qərar verdiyi, zərər çəkmişlərin pullarını qaytarmağı planlaşdırdığı iddia edilir. Onun təslim olması, peşiman olması və vətəndaşlara vurduğu ziyanı ödəməsi nəzərə alınaraq cəzası kəskin azaldıla bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)



