Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

Rusiyanın "Avtovaz" şirkəti qiymətləri artırıb

AzVak-mobil_resmin_ustu_31
Rusiyanın "Avtovaz" şirkəti qiymətləri artırıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Azərbaycanda da avtomobilləri bəyənilən Rusiyanın "Avtovaz" şirkəti qiymətləri artırıb.

Marja.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Avtovaz" modellərinin qiymətlərini 2 - 4% civarında artıb. Xüsusilə, Lada 12-30 min rubl daha bahalı olacaq. Granta və Vesta orta hesabla 2,3% bahalaşacaq. Ən çox Niva Legend bahalaşacaq - 4.25%,. 

Məlumata görə, "Avtovaz"  salonlara yenilənmiş qiymət siyahısı göndərib. 

"Avtovaz"ın nümayəndəsi "Vedomosti"yə bildirib ki, bahalaşma xammal, material və komponentlərin bahalaşması ilə əlaqədardır.

Son aylarda Rusiyadakı ən böyük istehsalçıları avtomobil qiymətlərini artırırlar. Qiymət artımının əsas səbəbləri mikroçip çatışmazlığı, metalın bahalaşması, yüksək inflyasiya, məzənnədəki dəyişikliklərdir. 2021-ci ilin iyul-dekabr aylarında Rusiyada avtomobil qiymətlərinin daha da artacağı proqnozlaşdırılır.

"AvtoVAZ"ın prezidenti Nicolas Maure, 18 iyun tarixində jurnalistlərlə görüşündə, şirkətin artan polad qiymətlərinin istehsal olunan avtomobillərin maya dəyəri üzərindəki təsirindən qaça bilməyəcəyini söyləmişdi. 

Metalın orta sinif minik avtomobilinin qiymətindəki payı 35-40% -ə çatır. 2021-ci ilin əvvəlindən bəri polad avtomobil təbəqəsinin qiyməti 38% artıb.

Avtovaz Granta Vesta Niva Legend
02.07.2021 08:56
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19