"ƏDV Geri Al" və "Zolotaya Korona" artıq "Rabita Mobile"da!
(®️) Yenicə fəaliyyətinin 28-ci ilini qeyd edən “Rabitəbank” mobil tətbiqi üçün mühüm yeniliklər təqdim edib.
Müştərilərin istək və təkliflərini daim prioritet tutan Bankın Rabita Mobile mobil əlavəsi ilə artıq ƏDV faizlərini geri almaq mümkün olacaq. Müştərilər qəbzin fiskal kodunu daxil etmək və ya QR kodunu tətbiq vasitəsilə oxutmaqla ƏDV faizlərini rahat şəkildə ala biləcəklər. Yığılmış ƏDV faizləri tətbiqin “ƏDV Geri Al” kabinetində “qaytarılan”, “gözləmədədir” və “ləğv olunan” statusları ilə əks olunur.
Bundan başqa dünyanın nüfuzlu pul köçürmə sistemi Zolotaya Korona artıq Rabita Mobile-da aktivdir. Rabita Mobile istifadəçilərinə saniyələr içərisində banka gəlmədən dünyanın onlarla ölkəsinə pul köçürmək imkanı yaradır. Köçürməni debet, kredit və ya əməkhaqı kartı vasitəsilə həyata keçirmək mümkündür. Əməliyyatın aparılması son dərəcə sadə və rahatdır. Bunun üçün Rabita Mobile tətbiqində “Kartlar” bölməsində “Əməliyyatlar”a, daha sonra “Pul köçürmələri” bölməsinə klikləyib, “Qəbul edən” pəncərəsində “Zolotaya Korona” seçirsiniz.
Daha bir yenilik isə xarici ölkələrin bank kartlarına kartdan-karta pul köçürmə imkanı verən “MoneySend“ funksiyasında da ölkə siyahısının genişləndirilməsidir. Belə ki, Rabita Mobile tətbiqi ilə pul köçürə biləcəyiniz xarici ölkələrin sayı 63-ə çatıb. İl sonunadək Bankın mobil əlavəsində daha çox yeniliklərin və mövcud funksiyaların daha da təkmilləşdirilməsi gözlənilir.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
50 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı




















