Bitərəf İsveçrə milyardlarla dollar silah alır - DETALLAR
Patriot raketləri, F35 qırıcıları....Yüz illərdir beynəlxalq hərbi-siyasi münasibətlərdə öz neytrallığını qoruyub saxlayan və hərbi münaqişələrə qarışmayan İsveçrə çoxlarını təəccübləndirəcək dərəcədə silahlar almaq qərarına gəlib.
Marja xəbər verir ki, ilkin olaraq hava hücumundan müdafiə üçün ABŞ-dan 2,1 milyard dəyərində Patriot zenit-raket kompleksləri alan ölkə indi də 5,5 milyard dəyərində müasir F35 qırıcılarını sifariş edib.
Hökumət dünənki açıqlamasında ABŞ-dan 36 ədəd F35 döyüş təyyarəsinin alınacağını və qiymət təklifinin Boeing-in F/A-18 Super Hornet, Fransanın Dassault şirkətinin Rafale və Avropa İttifaqının istehsal etdiyi Eurofighter qırıcıları ilə müqayisədə ən sərfəli olduğunu açıqlayıb.
F35 ABŞ-ın radarlarda görünməyən stealh texnologiyasına sahib 5-ci nəsil döyüş təyyarəsidir. Kifayət qədər bahalı layihədə ABŞ məhdud sayda ölkəyə bu qırıcıları satır. İsveçrə sıyahıya daxil olan 15-ci ölkədir.
Ölkə ictimaiyyətinin məsələyə münasibəti isə kifayət qədər mənfidir. Onlar Alp dağlarında yerləşən İsveçrə ərazisini cəmi 10 dəqiqəyə qət edəcək belə sürətli və bahalı təyyarələrə ehtiyac olmadığını bildirir və F35-i “Ferrarinin havada uçan versiyası” adlandırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























