Pambıq, qızıl və pomidorun liderliyi ilə Azərbaycanın qeyri-neft sektorunun ixracı artıb
“İxrac icmalı”nın iyun sayı təqdim olunub.
Marja xəbər verir ki, 2021-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 907,6 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 184 milyon ABŞ dolları və ya 25,4 faiz artıb.
2021-cu ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısındapambıq mahlıcı (108,6 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl ikinci (87,4 milyon ABŞ dolları), pomidor (tomat) isə üçüncü (87 milyon ABŞ dolları) yerdə qərarlaşıb.
2021-ci ilin yanvar-may ayları ərzində Rusiyaya 279,5 milyon, Türkiyəyə255 milyon, İsveçrəyə 91,1 milyon, Gürcüstana 69,1 milyon və ABŞ 29,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2021-ci ilin may ayı Azərbaycanın ümumi ixracı 1,6 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 210,5 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac ötən ilin may ayı ilə müqayisədə 22 faiz və ya 38 milyon ABŞ dolları daha çoxdur. Habelə, 2021-ci ilin qeyri-neft sektorunun tərkibi üzrə yeyinti məhsullarının ixracı 85,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 125,1 milyon ABŞ dolları təşkil edib. 2021-cu ilin may ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (91 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə ikinci (38,7 milyon ABŞ dolları) və İsveçrə üçüncü (22,9 milyon ABŞ dolları) olub.
2021-ci ilin may ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (44,7 milyon ABŞ dolları) birinci, qızıl (22,8 milyon ABŞ dolları) ikinci və kartof (19,2 milyon ABŞ dolları) üçüncü olub.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
11 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
11 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
11 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
12 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib























