Technol şirkəti Qazaxıstanda beynəlxalq Avtomexanika sərgisində iştirak edib - FOTOLAR
Technol şirkətinin məhsulları Qazaxıstanda sərgidə marağa səbəb olub(®️) Technol şirkəti 24-26 iyun tarixlərində Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirilmiş beynəlxalq Avtomexanika sərgisində uğurla iştirak edib. Avtomobil ehtiyat hissələri, avadanlıq və texniki xidmət məhsullarının istehsalçı və təchizatçılarının qatıldığı sərgidə Technol şirkəti istehsalını həyata keçirdiyi geniş məhsul çeşidini nümayiş etdirib.
Sərgi zamanı, Technol şirkətinin məhsulları istehsal, topdan və pərakəndə ticarət sahəsini təmsil edən bir çox sərgi ziyarətçisinin marağına səbəb olub. Şirkətin nümayəndə heyəti beynəlxalq əməkdaşlıqların qurulması, xarici bazarlara ixrac imkanlarının dəyərləndirilməsi məqsədilə sərgi iştirakçıları ilə danışıqlar aparıb, onlara Technol markası, zavodun istehsal gücü, tərəfdaş olduğu xammal təchizatçıları, istehsal etdiyi məhsullar, istehsalda tətbiq olunan texnologiya, zavodun beynəlxalq səviyyədə qurulmuş laboratoriyası və ixrac imkanları haqqında geniş məlumat veriblər.
Qısa müddət ərzində müştərilərin etimad və rəğbətini qazanan Technol şirkətinin istehsal etdiyi keyfiyyətli məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici bazarların tələbatını qarşılamaq üçün bu gün 10-a yaxın ölkəyə ixrac olunur.
İllik 50 min ton istehsal gücünə malik Technol şirkətində istehsal prosesinin təşkili məqsədilə Alman istehsalı olan avadanlıqlar quraşdırılıb, istehsal prosesinin tam avtomatlaşdırılması həyata keçirilib. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Almaniya və Yaponiyanın tanınmış firmalarının müasir ciahazları ilə təchiz edilən şirkət, yağların geniş səpkidə dəqiq analizi üçün beynəlxalq akkreditasiyadan keçmiş (ISO17025: 2017) müasir laboratoriyaya malikdir.
Technol şirkətində bütün mühərrik və sənaye yağları Infineum, Chevron, Afton kimi nüfuzlu təchizatçıların yüksək keyfiyyətli qatqılarından istifadə edilməklə Amerika Neft İnstitutunun (API), Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) standartlarına müvafiq qaydada isehsal edilir, Amerika Test və Materiallar Cəmiyyətinin (ASTM) tələbləri əsasında sınaqdan keçirilir. Şirkət, istehsal etdiyi bəzi mühərrik yağ çeşidləri üzrə Mercedes-Benz və Cummins şirkətlərinin təsdiqlərini əldə edib, Amerika Neft İnsitutunun (API) müvafiq sertifikatı ilə təltif olunub. İstehsal edilən bütün məhsulların müştəri tələbatına və qanunvericiliyin tələblərinə cavab verməsi üçün şirkətdə ISO 9001 2015 standartı tətbiq olunub. Bundan başqa şirkətdə ətraf mühitin idarə edilməsi üzrə ISO 14001: 2015, peşə sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi üzrə ISO 45001: 2008 beynəlxalq standartları tətbiq olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)


