Tarixində ilk dəfə 1 trilyon dollar!
Bununla da dünyanın 5-ci ən böyük şirkəti oldu....Dünən qlobal bazarda daha bir rekord yaşanıb. Dünyanın ən iri sosial şəbəkəsi, aylıq istifadəçi sayı 1 milyarda çatan Facebookun bazar dəyəri tarixində ilk dəfə 1 trilyon dollarlıq həddi keçib.
Marja xəbər verir ki, bununla da, Facebook digər texnoloji nəhənglər - Apple, Microsoft, Amazon və Google-un ana şirkəti Alphabet-dən sonra dünyada ən böyük bazar dəyərinə sahib 5-ci şirkətə çevrilib.
Xatırladaq ki, bu 5 şirkətin hamısı Amerikan iqtisadiyyatının yetirmələridir. Apple ilk dəfə 1 trilyonluq bazar dəyərinə 2018-ci ilin avqustunda çatmış, 2 trilyonluq həddi isə ötən ilin avqustunda aşmışdı. Amazon 2018-ci ilin sentyabrında, Alphabet isə 2020-ci ilin yanvarında 1 trilyonluq bazar dəyərini qazanıb. Microsoft ilk trilyona 2019-cu ilin iyununda çatıb. Cəmi bir həftə öncə - 22 iyun 2021-ci il tarixində isə Microsoftun bazar dəyəri 2 trilyon dolları keçib.
Facebook-un rekordunu yeniləməsi maraqlı bir vaxta təsadüf edib. Belə ki, ABŞ məhkəməsi həm də dünən Federal Ticarət Komitəsinin texnologiya nəhənginə qarşı qaldırdığı antiinhisar qanunvericiliyinin pozulması iddiasını rədd edib və əsaslı sübutlar təqdim olunmadığını bildirib. Xəbərin ardından səhmləri 4% bahalaşan Mark Zuckerbergin şirkəti öz tarixçəsinə yeni bir uğuru da əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
9 d. əvvəl
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
-
9 d. əvvəl
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
-
25 d. əvvəl
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
- 31 d. əvvəl
- 56 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
Azərbaycan neftinin son qiyməti
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
Ən çox oxunanlar
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB






.jpg)
.jpg)






.jpg)










