Olimpiya Oyunlarına tamaşaçı buraxılacaq, amma limitlə - QƏRAR
Nəticədə təkcə bilet satışına görə 400 milyon dollar ziyan yaranacaq....Pandemiyaya görə ötən il təxirə salınan və nəhayət bu ilin iyul ayında başlayacaq Tokio Yay Olimpiya Oyunlarına məhdud sayda tamaşaçı buraxılacaq.
Marja xəbər verir ki, bu barədə Oyunların Təşkilat Komitəsinin açıqlamasında bildirilib.
Hazırda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət nəzərə alınaraq, yarış məkanlarına tamaşaçıların cəmi 50%-nin buraxılması nəzərdə tutulur. Bir məkanda maksimum tamaşaçı sayı isə 10 min nəfəri keçməyəcək.
Hökumətin bu qərarı səhiyyə ekspertlərinin oyunların azarkeşlər olmadan keçirilməsi təklifinə zidd olsa da, Təşkilat Komitəsi bunu “8 ildən artıq müddətdə uzun hazırlıq işləri və nəhəng tədbirin layiqli səviyyədə keçirilməsi zərurəti” ilə izah ediblər. Həmçinin, pandemiya ilə bağlı vəziyyətdən asılı olaraq yeni yumşaldılmalar və ya əksinə - məhduddiyyətlər tətbiq edilməsi istisna olunmur.
Xatırladaq ki, hazırda Yaponiyada gündəlik yoluxma sayı təxminən 1500 nəfərdir. Oyunlara məhdud sayda tamaşaçının buraxılması bilet satışlarından sponsorlar üçün nəzərdə tutulan 90 milyard yen (820 milyon dollar) gəlirin yarıbayarı azalacağı deməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 53 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Audit sahəsində 5 yeni şirkətə lisenziya verilib
“Xalq Bank” 2025-ci ili aktiv və gəlir artımı ilə başa vurub - MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ
Qızılın qiyməti 5 min dolları aşaraq rekord qırdı
Liviyada 20 milyard dollarlıq neft sazişi
Ən çox oxunanlar
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat


















