Ziraat Bank Azərbaycan-ın rəhbərliyinə yeni təyinatlar - SƏDRİ DƏ DƏYİŞDİ
Ziraat Bank Azərbaycan-ın Müşahidə Şurası və İdarə Heyətində yeni təyinatlar baş tutub.
Bankdan Marja-ya daxil olmuş məlumata görə, Müşahidə Şurasının sədri Dr. İlker Met, İdarə Heyətinin Sədri isə Dr. Selçuk Demir təyin edilib.
Qeyd edək ki, 2015-ci ildən bu günə qədər “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin Sədri vəzifəsini Avni Demirci icra edib.
Ziraat Bank Azərbaycanda təşkil edilən tədbirdə, Avni Demirci Dr. Selçuk Demir vəzifə səlahiyyətlərini ötürəcəyini elan edib. Tədbirdə Avni Demirci Ziraat Bank Azərbaycanın uğurları və nailiyyətləri haqqında danışıb. 2015-ci ildə, çox qısa bir müddət ərzində, bankın qurulmasını tam yekunlaşdırmaqla, Azərbaycan bank sektorunda mühüm yerə sahib çıxaraq, Ziraat-a məxsus, xüsusi kredit anlayışını gətirdiklərini və bankın müştəri yönümlü bir çox yeni addımlar atmağa nail olduğunu qeyd edib. Bankın tarixindən danışarkən Avni Demirci bildirib: “Ziraat Bank Azərbaycanın yarandığı gündən qurucu İdarə Heyətinin Sədri vəzifəsini icra etdiyim və indi də çox dəyərli bir həmkarıma vəzifəmi təhvil verdiyim üçün xoşbəxtəm. Vəzifəmi çox böyük fəxr hissi ilə Selçuk bəyə təhvil verirəm, və ona bol-bol uğurlar və daha da böyük nailiyyətlər arzulayıram. Əminəm ki, Selçuk bəyin rəhbərliyi altında bank yeni, daha da uğurlu mərhələyə çıxacaq.”
Qeyd edək ki, Avni Demirci artıq 1992-ci ildən etibarən Ziraat Bank-da çalışır, bundan öncə Ziraat Bank Özbəkistan, Ziraat Bank Türkmənistan və Ziraat Bank Moskva-nın İdarə Heyətinin sədri vəzifələrini icra etmişdir. 2015-ci ildən etibarən Ziraat Bank Azərbaycanın İdarə Heyətinin sədri vəzifəsində çalışmışdır.
Tədbirdə Dr. Selçuk Demir, öz növbəsində Ziraat Bank Azərbaycanın Avni bəyin rəhbərliyi altında, qısa bir müddət ərzində əldə etdiyi uğurlardan danışaraq, bu illər ərzində göstərdiyi fəaliyyətə və arzularına görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Dr.Selçuk Demir bank sahəsində zəngin təcrübə və yüksək işgüzar nüfuza malikdir. Anadolu Universitetinin Biznesin İdarəedilməsi, İstanbul Ticarət Universitetinin Beynəlxalq Bankçılıq və İstanbul Universitetinin İqtisadiyyat bölmələrinin məzunudur. İqtisad üzrə fəlsəfə doktorudur. Ziraat Bank komandasına 2001-ci ildə qoşulmuşdur. Fərqli illərdə Ziraat Bank-ın müxtəlif filiallarının müdiri, qrup rəhbəri, bölgə koordinatoru vəzifələrində çalışmışdır. Son olaraq Ziraat Bank İstanbul-1 Bölgə Müdiri vəzifəsində fəaliyyət göstərmişdir.
Ziraat Bank Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən Ziraat Bank Azərbaycanın Müşahidə şurasında da dəyişikliklər baş vermişdir. Belə ki, Müşahidə Şurasının sədri Bilgehan Kuru öz vəzifələrini Dr.İlker Metə təhvil vermiş, Tahir Demirkıran və Zaffer Aydını isə Altan Güler və Kemalettin Bayat əvəz etmişlər. Qeyd edək ki, Dr. İlker Met həmçinin İnsan Resursları üzrə Ziraat Bank-ın Qrup Rəhbəridir. Müşahidə Şurasını təmsil edən hər üç şəxs uzun müddətdir ki, Ziraat Bank-da çalışır və bank sahəsində zəngin təcrübəyə malikdirlər.
Bankdan təqdim edilən məlumata əsasən, qeyd edilən dəyişikliklər bankdaxili yeni rotasiyalar ilə bağlıdır.
“Ziraat Bank Azərbaycan” ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupuna daxildir. Bank Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərməkdədir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumi 6 filialı mövcuddur.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
12 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
-
13 d. əvvəl
“Veysəloğlu” və “Şölen” gələcək biznes imkanlarını müzakirə edib
- 16 d. əvvəl
-
30 d. əvvəl
“Cibpay” və “Multi Solutions” şirkətlərinin ödəniş təşkilatı lisenziyaları ləğv edilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yaponiya və Cənubi Koreya birjaları rekord qırdı, dollar 13 aylıq maksimuma yaxınlaşdı
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
“Veysəloğlu” və “Şölen” gələcək biznes imkanlarını müzakirə edib
Startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı - ADLARI
Apple Intel ilə işləməyə razılaşdıqdan sonra, Intel-in səhmləri 10% bahalaşaraq rekord səviyyəyə çatıb
Yaponiya və Cənubi Koreya birjaları rekord qırdı, dollar 13 aylıq maksimuma yaxınlaşdı
Ən çox oxunanlar
“Gəncə Aqro 2”nin xalis mənfəəti 34% azalıb
Rəsmi məzənnələr açıqlandı
Hörmüzdən 12 milyon barreldən çox neft keçdi, qiymətlər gerilədi
Yen dollar qarşısında 161 səviyyəsini keçib: 40 ilin minimumuna yaxınlaşan məzənnə müdaxilə gözləntilərini artırıb
ABŞ ordusu elan etdi: İranın dəniz blokadası ləğv edildi

























