Lavrov: "Rusiya dolların istifadəsindən tamamilə imtina etməyə çalışmır"
Rusiya dollar istifadəsindən tamamilə imtina etməyi qarşısına məqsəd qoymur. Marja xəbər verir ki, bunu çərşənbə günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov forumda çıxış edərkən söyləyib.
“Biz, həqiqətən, iqtisadiyyatımızın, maliyyə sistemimizin dedollarlaşması ilə məşğul olmaq istəyirik. Artıq valyuta ehtiyatlarımızın dollarla saxlanılmayacağına qərar verilib, müvafiq tədbirlər görülür. Ancaq bir daha vurğulayacağam: bu, ümumiyyətlə dolları istifadə etməkdən imtina etdiyimiz anlamına gəlmir ”,- Lavrov deyib.
Xarici işlər naziri, Rusiyanın digər ölkələrlə ikitərəfli hesablaşmalarda da milli valyutalardan istifadə etməyə çalışdığını qeyd edib: “Getdikcə daha çox digər valyutalara etibar etməyə çalışırıq. Tərəfdaşlarımızla - Çinlə, digər Şanxay Əməkdaşlıq Təşkilatına üzvü olan ölkələrlə, bir sıra digər ölkələrlə ikitərəfli ticarətdə milli valyutalara üstünlük veririk”.
Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı Rusiyanın maliyyə Naziri Anton Siluanov, Rusiyanın dollar aktivlərindən tamamilə imtina edərək, Rusiya Ehtiyatlar Fondunun (NWF) investisiya strukturunu əsaslı şəkildə dəyişdirəcəyini açıqlayıb. Ölkənin ehtiyatlarında Çin yuanının payı iki dəfə artacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















