Azərbaycan Sahibkarlar Konfederasiyasının Qazaxıstanda nümayəndəsi təyin edildi
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası xarici ölkələrdə yeni nümayəndəliklərinin açılması, xüsusən də Türkdilli dövlətlərdəki biznes icması ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyəti çərçivəsində Qazaxıstan Respublikasında nümayəndəsi vəzifəsinə Zakir Möhvət oğlu Binnətlini təyin edib.
Bu barədə Marja-ya Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından bildirilib.
Qeyd edilib ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndəsi həmçinin Qazaxıstandakı əsas tərəfdaşları, o cümlədən, Qazaxıstan Respublikası Milli Sahibkarlar Palatası “Atameken” ilə məhsuldar əməkdaşlığın, oradakı Azərbaycan şirkətlərinin təşkilatlanmasının zərurilliyi kimi fəaliyyətin həyata keçirilməsində də iştirak edəcək.
Məlumat üçün qeyd edək ki, Zakir Binnətli 17.07.1960-cı il tarixində Ermənistan SSR-nin Kalinino rayonunun Soyuqbulaq kəndində anadan olmuşdur.
1977-1982-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedoqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu bitirmiş və 1982-1988-ci illərdə Soyuqbulaq kəndində rus dili müəllimi vəzifəsində işləmişdir. Z.Binnətli 1983-1984-ci illərdə könüllü hərbi xidmətə yollanmışdır.
O, 1988-ci ilin sonunda Ermənistan SSR-də baş vermiş məlum hadisələrlə əlaqədar ermənilər tərəfindən deportasiyaya məruz qalaraq Bakı şəhərinə köçmüşdür. Daha sonra, 1989-1992-ci illərdə Bakı şəhəri 106 və 44 nömrəli orta məktəblərdə müəllim işləmişdir.
Zakir Binnətli 1993-cü ildən etibarən şirkət təsis edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamış və eyni zamanda, 2001-ci ildən Qazaxstan Respublikasında kiçik bizneslə məşğul olmuşdur.
O, 2013-2019-cu illərdə “BOSH” şirkətinin Qazaxstan Respublikası üzrə distribyutoru olan “Comtech Kompany Kazakhstan” MMC-nin baş direktoru vəzifəsini icra etmişdir.
Z.Binnətli 2020-ci ilin yanvar ayından etibarən Nur-Sultan şəhərindəki Azad İqtisadi Zonada inşa olunan parfümeriya zavodunun (“Aromat MMC”) tikintisinə və istismara verilməsinə rəhbərlik edir. Zavod Nur-Sultan şəhərində Azərbaycan mənşəli ilk investisiya layihəsidir.
Bununla yanaşı, 15 ildən artıq müddət ərzində Qazaxstan Respublikası mülki, inzibati və cinayət hüququ sahəsində orada yaşayan həmvətənlərimizə təmənnasız hüquqi kömək göstərir, oradakı Azərbaycan diasporası arasında böyük nüfuza malikdir, vətənpərvər şəxsdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
2 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
5 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI




















