Nvidia 3 ayda kriptovalyuta maynerlərinə 155 milyon dollarlıq çip satıb
Şirkətin gəlirləri 84% artıb.ABŞ-ın ən iri çip və oyun konsolları üçün qrafik prosessor istehsalçısı, məşhur GeForce brendinin sahibi Nvidia şirkəti ötən gün 2021-ci ilin birinci rübünün nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, şirkət gəlirlərini ötən ilin müvafiq dövrü ilə müqayisədə 84% artıraraq 5,66 milyard dollara çatdırıb. Xalis mənfəət isə 109% artaraq 1,9 milyard dollara yüksəlib.
Pandemiyanın yaratdığı fürsətlər və qlobal çip böhranı şirkətin gəlirlərinin sürətlər artmasına təkan verən əsas amillərdən olub. Nvidia-nın istehsal etdiyi qrafik prosessorlar fərdi kompüterlər, süni intellekt və kriptovalyuta mayninqi üçün olduqca vacib elementlərdir. Satışların 3,45 milyard dolları qrafik prosessorların (artım 81%), 2,21 milyard dolları isə kompüter və şəbəkə elementlərinin (artım 88%) payına düşüb.
Cari ildə Nvidia təkcə kriptovalyuta istehsalçılarına 155 milyon dollarlıq çip satıb. Növbəti rübdə bu rəqəmin 400 milyon dollara qədər artırılması planlaşdırılır. Ümumilikdə isə, Nvidia 2021-ci ilin ikinci rübündə 6,3 milyard dollarlıq məhsul satışını hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi













.jpg)






