1 aylıq şirkət Dövlət Xidmətinə iş görəcək - YENİLƏNİB
14:37 - "Bəzi mətbu orqanlarda Dövlət Miqrasiya Xidmətinin elan etdiyi tender nəticələri ilə bağlı məbləğlərin qeyri-dəqiq göstərilməsi sistemə məlumatların daxil edilməsi zamanı tərəfimizdən xəta baş verməsi ilə əlaqədardır (məbləğdə “nöqtə” işarəsinin qeyd edilməməsi)".
Marja xəbər verir ki, bu, Dövlət Miqrasiya Xidmətinin yaydığı məlumatda deyilir.
"Məlumatlara sistemdə artıq düzəlişlər edilmişdir. Bununla yanaşı, saytda yerləşdirilən müqavilələrdə doğru məbləğlər öz əksini tapmışdır. Qeyd edilən istiqamətlər üzrə tenderlər üzrə cəmi məbləğ 5 milyon 429 min manat deyil, 54 min 290 manatdır. Gələcəkdə bu cür halların baş verməməsi diqqətdə saxlanılacaq",- məlumatda bildirilir.
XXX
09:18 -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti "Abadlaşma işlərinin satınalınması" üçün keçirdiyi tenderi yekunlaşdırıb.
Marja xəbər verir ki, qalib şirkət “Tufan Company” MMC-dir.
Dövlət Xidməti qalib şirkət ilə məbləği 4 milyon 230 min 212 manat olan müqavilə imzalayıb.
Həmçinin Dövlət Xidməti "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin tələbatına uyğun dövlət atributlarının satınalınmasına dair; 2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində soyutma və istilik sistemlərinə xidmətin satınalınmasına dair" tenderi yekunlaşdırıb. Bu tenderin qalibi “AS SERVİCE” MMC-dir.
Dövlət Miqrasiya Xidməti qalib şirkət ilə məbləği 1 milyon 199 min 800 manat olan müqavilə imzalayıb.
Qeyd edək ki, "Tufan Company" şirkəti 09 Aprel 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Ələskərov Elçin Hafiz oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qurban İsmayılov küç, ev 1, m.17-dir.
Hüquqi ünvanı Xaşmaz rayonu, Gülalan kəndi olan "AS Service" MMC isə 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin qanuni təmsilçisi Camalov Mənsur Aslan oğludur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)














.jpg)

