“AFB Bank”ın rəhbərliyində yeni təyinat
Kərimov Famil “AFB Bank”ın Müşahidə Şurasına yeni üzvü təyin olundu.Bankın Səhmdarlarının Ümumi Yığıncağının iclasında qəbul edilmiş qərara əsasən Kərimov Famil Qalib oğlu 18.05.2021 tarixindən “AFB Bank”ın Müşahidə Şurasının yeni üzvü təyin edilmişdir.
Bu barədə Marja-ya Bankdan bildirilib.
Kərimov Famil Qalib oğlu — 1984-cü ildə anadan olub. 2001-ci ildən 2005-ci ilə qədər Xəzər Universitetində “Maliyyə və Mühasibat uçotu” ixtisası üzrə fərqlənmə ilə bakalavr dərəcəsini alıb. 2013-2014-cü illərdə İspaniyada IE Business Məktəbində “Biznesin İdarə edilməsi” üzrə magistr dərəcəsi (“MBA”) almışdır. 2013-cü ildən etibarən Birləşmiş Krallıqda Beynəlxalq Mühasiblər Assosiasiyasının (“FCCA”) üzvüdür.
O, 2005-2013-cü illər ərzində “Deloitte” və “Baker Tilly” kimi xarici audit şirkətlərdə müxtəlif vəzifələr tutmuşdur. 2015-ci ildən “Cənub Qaz Dəhlizi” QSC-də Kommersiya və Əməliyyatlar Departamentinin Direktoru və 2016-cı ildən Gilan Sənaye Qrupunda Baş Maliyyə Direktoru və Baş direktorun müavini işləmişdir. 2018-ci ildən Gilan Holdinqdə Strateji İdarəetmə Ofisinin rəhbəri və eyni zamanda Direktorlar Şurasının üzvüdür. Famil Kərimov “AFB Bank” ASC-də tutduğu rəhbər vəzifələrdə əmək fəaliyyətini davam etdirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
2 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
5 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI






















