"AZTV-də dövlət yoxlaması aparılır"
“Azərbaycan Televiziya və Radio Verilişləri“ QSC illik maliyyə hesabatı ilə bağlı bəzi informasiya resurslarında yayılan məlumatlara aydınlıq gətirib.
Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, şirkətin aztv.az rəsmi internet saytının “Haqqımızda” bölməsində 2019-cu ili əhatə edən illik maliyyə hesabatları yerləşdirilib.
Məlumatda qeyd edilib ki, bu hesabatlar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, 2020-ci ilin aprel ayının 30-dan gec olmamaq şərti ilə Maliyyə Nazirliyinə və Hesablama Palatasına təqdim olunub, eyni zamanda aztv.az saytında dərc edilib.
QSC-nin 2020-ci ilin müvafiq maliyyə hesabatlarına gəldikdə isə vurğulanıb ki, məlumatların gecikdirilməsi şirkətdə 26.04.2021-ci il tarixindən etibarən dövlət yoxlamasının aparılması ilə əlaqədardır.
“Azərbaycan Respublikası Hesablama Palatasının kənar dövlət maliyyə nəzarət tədbirinin keçirilməsi barədə yoxlaması başa çatdıqdan sonra məlumatlar aztv.az saytında dərc ediləcək”, - deyə məlumatda qeyd edilib.
Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi açıqlamasında onu da bildirir ki, bəzi mətbuat orqanları məqalə hazırlayarkən medianın peşəkarlıq prinsiplərinə uyğun davranmır, “araşdırmalar”ına əsassız, mənbəyi məlum olmayan, dəqiqləşdirilməmiş və həqiqəti əks etdirməyən məlumatlar yerləşdirirlər: “Bununla da bir daha qərəzlilik nümayiş etdirirlər. “Araşdırmalar”da köhnə məlumatların yeni adı ilə təqdim edilməsinin başqa adı yoxdur. Eyni zamanda, məlumat yayarkən “KİV haqqında” qanununa uyğun olaraq qarşı tərəfin mövqeyi də dərc edilməlidir. Qarşı tərəfin mövqeyi işıqlandırılmırsa, bunun reketlikdən başqa adı yoxdur”.
Xəbər verdiyimiz kimi, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC (AzTV) 2019-cu ili 2 milyon 598 min manat xalis zərərlə başa vurub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)








.jpg)





