"Fitch" Azərbaycan iqtisadiyyatı üzrə artım proqnozunu azaldıb
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yeniləyib.
"Fitch Ratings" agentliyinin yaydığı məlumata görə, proqnoz 0,4 faiz bəndi azaldılıb və hazırda agentlik ölkədə real ÜDM-in artım tempinin 2,1% səviyyəsində olacağını gözləyir.
2022-ci ildə isə iqtisadi böyümənin 2,9% olacağı proqnozlaşdırılır.
"Fitch"ə görə, neft hasilatının tədricən artması və qeyri-neft ÜDM-nin bərpası 2021-ci ilin ikinci yarısından iqtisadi aktivliyə daha güclü dəstək olacaq.
İnflyasiya üzrə proqnozunu da azaldıb
"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin yenilənmiş proqnozlarına əsasən, bu il Azərbaycanda istehlak qiymətlərinin artımının 3,9% təşkil edəcəyi gözlənilir. Halbuki bundan öncə agentliyin gözləntiləri 4%-ə bərabər idi.
2022-ci ildə illik inflyasiya səviyyəsinin 3,8% olacağı proqnozlaşdırılır. Bu ötən proqnoz ilə müqayisədə 0,9 faiz bəndi azdır.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
“Formula 1 Azərbaycan Qran-Prisi”nə saxta bilet satan şəxs saxlanılıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Diş implantlarının bəyan edilmədən ölkə ərazisinə gətirilməsinin qarşısı alındı
-
10 saat əvvəl
“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur