ABŞ Azərbaycanın taxıl idxalı ilə bağlı proqnozunu artırıb
ABŞ-ın Kənd Təsərrüfatı Departamenti 2020-2021-ci il aqrar mövsümündə Azərbaycanın taxıl məhsulları üzrə gözlənilən idxalla bağlı proqnozunu artırıb.
Bu barədə Departamentin hazırladığı "Taxıl: Dünya bazarı və ticarəti" adlı hesabatın may sayında bildirilir.
Departament Azərbaycanın taxıl idxalı ilə bağlı gözləntilərini əvvəlki proqnozla müqayisədə 250 min ton artıraraq 1,350 milyon tondan 1,6 milyon tona çatdırıb.
Hesabata əsasən, qlobal istehsal bu ay azalıb, o cümlədən Azərbaycanda. Ancaq taxıl istehlakı artır, əsasən də Türkiyə və Ukraynada. Bu səbəbdən Türkiyə bu yaxınlarda iri həcmdə Rusiyadan alışlar həyata keçirib, Ukrayna isə taxıl ixracını azaldıb (Departamentin gözləntilərinə görə bu il Ukrayna taxıl ixracını 500 min ton azaldaraq 17 milyon tona çatdıracaq). Bu il ABŞ-ın Kənd Təsərrüfatı Departamentinin proqnozlarına əsasən taxıl idxalı Azərbaycan, İran, Pakistan və Türkiyəyə artacaq.
Region ölkələrindən Türkiyə və İranın taxıl idxal üzrə proqnoz müvafiq olaraq 800 min ton və 300 min ton artırılaraq 9 milyon tona və 1,8 milyon tona çatdırılıb. Pakistan üçün isə proqnoz 200 min ton artırılaraq 3,8 milyon tona çatdırılıb.
Qeyd edək ki, bu ilin 3 ayında Azərbaycan 47,75 milyon ABŞ dolları dəyərində 187,9 min ton taxıl idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 32 % və 13,5 % çoxdur. Hesabat dövründə buğda idxalının ümumi idxaldakı payı 1,37 %-dən 1,89 %-ə yüksəlib.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)






.jpg)









