Dünyanın ən iri B2B platformasından tarixində ilk zərər - 1,2 milyard dollar
Əvəzində istifadəçi sayı 1 milyarda çatıb.Çinin transmilli texnologiya şirkəti və ən böyük B2B platformasının sahibi, dünyanın ən dəyərli 10 şirkətindən biri və altıncı ən bahalı brend olan Alibaba Group 2021-ci ilin mart ayında bitən rüb və fiskal ilin nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, rüb ərzində gəlirlər 64% artaraq, 187,4 milyard yuan (28,6 milyard dollar) təşkil edib. Çin pərakəndə ticarət platformasındakı aktiv istifadəçilərin sayı 32 milyon nəfər artaraq, 811 milyon nəfərə çatıb. Mobil aktiv istifadəçilərin sayı 23 milyon nəfər artaraq, 925 milyona yüksəlib. Şirkət tarixində ilk dəfə əməliyyatlardan mənfəət əldə etməyərək, rübü 7,66 milyard yuan (1,17 milyard dollar) zərərlə başa vurub.
Alibaba-nın baş direktoru Daniel Zhang bu göstəricini Çin hökuməti tərəfindən antiinhisar qanunvericiliyinin pozulmasına görə tətbiq edilən 2,8 milyard dollar həcmində cərimə ilə əsaslandırıb. Xalis zərər 5,48 milyard yuana (836 milyon dollara) bərabər olub. Zhang cərimənin tətbiq edilmədiyi halda, əməliyyat mənfəətinin 48% artaraq, 10,56 milyard yuan (1,64 milyard dollar) təşkil etməli olduğunu bildirib. Araşdırma şirkəti Refinitiv 6,95 milyard yuan (1,07 milyard dollar) xalis mənfəət proqnozlaşdırırdı.
Alibaba həmçinin, 2021-ci ilin martında bitən fiskal ilin də nəticələrini açıqlayıb. İllik gəlirlər 41% artaraq, 717 milyard yuan (109,4 milyard dollar) təşkil edib. Əməliyyat mənfəəti ilik ifadədə 2% azalaraq, 89,6 milyard yuanda (13,68 milyard dollar) qərarlaşıb. Xalis mənfəət 143,28 milyard yuan (21,9 milyard dollar) olub. Alibaba 2022-ci fiskal ilində 930 milyard yuan (144 milyard dollar) gəlir əldə etməyi hədəfləyir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
18 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN












.jpg)






