Zarafat olaraq yaradılan kriptovalyutanın bahalaşması davam edir, General Motors-un bazar dəyərini geridə qoydu
Dogecoin son 24 saatda 50% ətrafında bahalaşıb. İndi kriptovalyuta sərmayəçiləri İlon Maskın (Elon Musk) 8 Mayda nə deyəcəyinə fokuslanıb.Dogecoin bir gündə 50% ətrafında bahalaşıb, Bitcoin və Ethereum isə ucuzlaşıb.
Marja xəbər verir ki, digər altkoinlər də Dogecoin ilə birlikdə bahalaşıb. Dash 14%, Ethereum Classic 30% yüksəliş qeyd edib. Litecoin son 10 gündə 50%-ə yaxın, XRP 10 gündə 37% dəyər qazanıb.
Son bahalaşmanın ardından Dogecoin-in cəmi bazar dəyəri ABŞ-ın avtomobil istehsalçısı General Motors-un bazar dəyərini (80,31 milyard dollar) geridə qoyub.
Dogecoin-in kapitallaşma səviyyəsi (cəmi bazar dəyəri) 85,48 milyard dollara çatıb. Bu, məsələn, Qazprom-un (75 milyard dollar) və Lukoil-in (56 milyard dollar) bazar dəyərlərindən çoxdur.
Zarafat məqsədilə yaradılan Dogecoin, Tesla şirkətinin rəhbəri Elon Musk-ın sosial mediada yazdıqlarından sonra böyük nisbətdə bahalaşıb. Dogecoin-in qiyməti, 2021-ci ilin əvvəlindən bu yana 74 dəfə artıb. 2021-ci ilə 0,0090 sent ətrafında başlayan bu kriptovalyuta, hazırda 0,6732 sent ətrafındadır.
Dogecoin, Elon Musk-ınn 28 Apreldəki "Dogefather" və 8 Maya işarə edən "tweet"indən sonra yenidən dəyər qazanıb. 8 Mayda ABŞ-dakı "Saturday Night Life" şousuna qatılacaq Musk-ın Dogecoin ilə əlaqədar nə açıqlayacağı maraq mövzusudur.
Tesla və SpaceX-in qurucusu Dogecoin-in ən sevimli kriptovalyutası olduğunu yazıb və bu da qiymətlərin sıçrayışına səbəb olub.
Dogecoin, proqramçılar Billy Markus və Jackson Palmer tərəfindən yaradılan bir kriptovalyutadır. Layihə, 2013-cü ildə sürətlə populyarlaşan Bitcoin ətrafında səs-küyün fonunda bir zarafat kimi düşünülmüşdür.
The Dogefather
— Elon Musk (@elonmusk) April 28, 2021
SNL May 8
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















