“ATL Tech” şirkətinin Süni İntellekt Laboratoriyasının növbəti uğuru
“Fövqəladə və təcili zəng mərkəzlərində nitq tanıma sisteminin inkişafı” mövzusunda aparılan tədqiqatlar uğurla nəticələnib.
“ATL Tech” şirkətinin yaydığı məlumatda bildirilir ki, məlum olduğu kimi bir çox dünya dövlətləri fərqli dialektlərdə, vəziyyətlərdə və formalarda nitqin tanınması və mətnə çevrilməsi sahəsində yüksək nəticələr əldə etsə də, Azərbaycan dilində bu funksiyaları lazımı səviyyədə yerinə yetirmək hələ də problemli məsələlərdən biri olaraq qalmaqdadır. Bunu nəzərə alaraq, “ATL Tech” şirkətinin nəzdində fəaliyyət göstərən Süni İntellekt Laboratoriyasının (AI Lab) apardığı tədqiqatlar nəticəsində “Fövqəladə və təcili zəng mərkəzlərində nitq tanıma sisteminin inkişafı” mövzusunda elmi məqalə Symmetry riyazi və elmi jurnalda dərc olunub.
Laboratoriyasının rəhbəri Ələkbər Vəlizadə, laboratoriyanın maşın öyrənmə mütəxəssisi Natəvan Axundova, ADA Universitetinin İT və Mühəndislik məktəbinin professoru Samir Rüstəmovun müəllifləri olduğu və birgə tədqiqatlarının məhsulu olan elmi məqalə məhz bu məsələləri aradan qaldırmaq məqsədi ilə effektiv həll yolları təqdim edir. Şirkətin ən qabaqcıl və dövlət əhəmiyyətli layihələrindən biri olan K3 – fövqəladə halları idarəetmə proqramında tətbiq olunmuş və hadisənin növü, ünvanı kimi həyati əhəmiyyətli məlumatların seçilməsi, danışıqların avtomatik olaraq mətnə çevrilməsi, mətn qutularının nitq vasitəsi ilə yazılması təmin etmişdir.
Lakin fövqəladə və təcili zəng mərkəzlərindəki dialoqların spesifik, səs-küylü, emosional konteksə malik olduğunu nəzərə alaraq mövcud konfiqurasiyaya əsasən fəaliyyət göstərən nitq tanıma sistemləri bir çox hallarda zəif nəticə göstərmiş və ya bir sıra problemlər ilə qarşılaşmışdır.
Tədqiqat zamanı akustik və dil modellərinin müxtəlif metodologiyaları, həmçinin təcili və fövqəladə yardım mərkəzlərində dialoqlar üçün nitqin avtomatik tanınması məqsədi ilə istifadə olunan etiketləmə metodları araşdırılmış və müqayisəli şəkildə təhlil edilmişdir.
Araşdırma iki fərqli məlumat toplusu əsasında aparılmışdı: ümumi olaraq dialoqlar toplusu, fövqəladə və təcili vəziyyətlərdə dialoqların səsli toplusu. Araşdırma və təcrübələr Azərbaycan dilində təqdim olunan fövqəladə və təcili zənglər zamanı dialoqlar əsasında aparılsa da türk dilləri qrupuna daxil olan digər dillər üçün də tətbiq olunması gözlənilir. Azərbaycan dilində nitqin tanınması və nitqin sintezi istiqamətində “ATL Tech”in nəzdində fəaliyyət göstərən Süni İntellekt Laboratoriyasının tədqiqat və nailiyyətləri, bu mövzuya həsr olunmuş elmi məqalənin beynəlxalq elmi jurnallarda və platformalarda dərc olunması mərkəzin fəaliyyətinin uğurlu nəticəsidir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
-
5 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
7 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
8 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır













.jpg)



.jpg)










