ABŞ-da rekord istiqraz emissiyaları
Qlobal səviyyədə aşağı borclanma xərcləri (faizləri) bankları və şirkətləri istiqraz emissiyalarını (buraxılışlarını) artırmağa istiqamətləndirir. Marja Bloomberg-ə istinadən xəbər verir ki, ABŞ-da böyük banklar rekord istiqraz emissiyalarına imza atırlar.
JPMorgan 13 milyard dollarlıq istiqraz satışı ilə tarixinin ən böyük emissiyasını reallaşdırıb.
14,3 milyard dollarlıq rekord ilk rüb xalis mənfəəti açıqlayan JPMorgan-ın emissiyasına 26 milyard dollarlıq sifariş (tələb) olub. Bu emissiya ilə birlikdə bankın dollarda istiqraz emissiyaları bu il 22 milyard dollara çatıb.
Rəqib bank Goldman Sachs Group da 11 və 21 il müddətli iki tranş ilə 6 milyard dollarlıq istiqraz emissiya edib.
ABŞ Mərkəzi Bankının (Fed) pandemiya dövründə faizləri aşağı salması və bir sıra tədbiri bankları istiqraz buraxılması yolu ilə sərmayələrini gücləndirməyə yönəldib.
ABŞ xaricindəki şirkətlər də ucuz borclanma mühitində böyük emissiyalara imza atırlar. Çinin Tencent şirkəti də 4,15 milyard dollarlıq istiqraz emissiyası reallaşdıraraq bu il Asiyanın ən böyük emissiyalarından birinə imza atıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
45 d. əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 18 saat əvvəl
-
-
18 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi














.jpg)





