“Qadınların İKT sahəsində rolu”
Azercell informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışan və öz sözünü deyən qadınları bir araya gətirdi(®️) Müasir dövrümüzdə informasiya-kommunikasiya texnologiyaları (İKT) ən çox ehtiyac duyulan və müraciət edilən sahələrdən biridir. Azercell bu sahədə çalışan və öz sözünü deyən qadınları bir araya gətirib. Belə ki, “Azercell Telekom” MMC-nin təşkilatçılığı ilə “Qadınların İKT sahəsində rolu” mövzusunda onlayn müzakirə keçirilib. Müzakirə ən son texnoloji danışıq platformalarından olan “Klabhaus”da “Azercell otağı”nda baş tutub. Tədbirə əsas qonaqlar qismində Azərbaycanın İKT sahəsində öz peşəkarlığı ilə tanınan qadın mütəxəssisləri qatılıb. Belə ki, Yana Krimpe (B.EST Solutions şirkətinin təsisçisi və direktoru), Günel Səfərəliyeva (MONT MMC-nin baş direktoru), İnarə Quliyeva (HPE Azərbaycan Nümayəndəliyinin rəhbəri), Xavər Babazadə (“Azercell Telekom” MMC-nin Şəbəkə Texnologiyası şöbəsinin rəhbəri) İKT sahəsində qadınların rolundan, bu istiqamətdə uğur qazanmaq üçün vacib olan şəxsi və peşəkar keyfiyyətlərdən, eləcə də son illərdə proqramçı, İT mühəndisi peşələrində çalışan qadınların uğur qazanmaq statistikasının yüksəlişindən bəhs ediblər. Onlayn sessiya hər kəsin sərbəst şəkildə sual verib, münasibət bildirməyinə açıq şəkildə keçib. Dinləyicilər tədbirlə bağlı müsbət fikirlərini bölüşüblər.
Hazırda bütün dünyada daha çox qadının İKT sahəsinə cəlb olunması istiqamətində ciddi işlər görülsə də, ən sivil ölkələrdə belə, çətinliklər və maneələr mövcuddur. Bu sahədə çalışan qadınlar İKT üzrə ümumi işçi bazarının cəmi 26% təşkil etməkdədir. Onlayn müzakirənin spikerləri Azərbaycanda qadın olaraq İKT sahəsində uğur qazanmağın imkanlarından da danışıblar, başqa ölkələrlə müqayisədə cinsi diskriminasiyanın yox dərəcədə olduğunu qeyd ediblər. Azercell Telekom da işçi seçimi zamanı bu kimi məsələlərə diqqət edir. Məlumat üçün bildirək ki, şirkət işçilərinin 42% məhz qadınlar təşkil edir. Şirkət üzrə rəhbər vəzifələrdə təmsil olunan xanımların sayı isə 30% çoxdur. Qeyd edək ki, “Azercell Telekom” MMC-nin Şəbəkə Texnologiyası şöbəsinin rəhbəri Xavər Babazadə İKT istiqamətində səmərəli fəaliyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar Mühəndis” fəxri adına layiq görülüb.
Xatırladaq ki, bütün dünyada aprelin sonuncu həftəsinin dördüncü günü "İKT-də qızlar" günü kimi qeyd edilir. Qabaqcıl Texnologiyalar sahəsində daim öncül olan Azercell Telekom qadınların İKT sahəsinə cəlb olunması, onları motivasiya etmək və özgüvənlərini artırmaq, bu istiqamətdə inkişaf etməsi məqsədilə hər il çoxsaylı tədbirlər keçirir, önəmli sosial layihələrə imza atır. İKT sahəsində peşəkar qadın kadrlarının yetişdirilməsinə xüsusi qayğı ilə yanaşan Azercell tərəfindən həyata keçirilən layihələr çərçivəsində müxtəlif proqramlar, görüşlər keçirilib, İT əsasları, LİNUX, CİSCO, ORACLE kimi proqramlar haqqında seminarlar təşkil olunub.
Azercell Telekom bərabər imkanlar yaratmaq və inklüziv cəmiyyət qurmaq istiqamətindəki sosial fəaliyyətini bundan sonra da davam etdirəcək.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
-
3 saat əvvəl
“AQA”nın kredit təşkilatı 3 milyon 124 min manat xalis mənfəət açıqlayıb
-
5 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
6 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 7 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
Ən çox oxunanlar
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır














.jpg)



.jpg)








