2-ci KOB evi biznesin istifadəsinə verildi
“Yevlax KOB evi” sahibkarların istifadəsinə verilibAprelin 8-də Yevlax şəhərində Kiçik və Orta Biznes Evi (KOB evi) fəaliyyətə başlayıb.
Bununla bağlı keçirilən tədbirdə iştirak edən İqtisadiyyat naziri Mikayıl Cabbarov, Nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev “Yevlax KOB evi”ndə sahibkarlar üçün yaradılmış şərait, dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərlə, KOB evinin foyesində təşkil edilmiş mikro və kiçik sahibkarlıq subyektlərinin, eləcə də ailə təsərrüfatlarının məhsullarından və əl işlərindən ibarət sərgi ilə tanış olublar.
KOBİA-nın İdarə Heyətinin sədri məlumat verib ki, Agentlik tərəfindən ölkənin şəhər və rayonlarında KOB evlərinin yaradılması həyata keçirilir. “Yevlax KOB evi” artıq biznesin istifadəsinə verilən sayca 2-ci KOB evidir. KOB evləri sahibkarların dövlət xidmətlərinə rahat, maneəsiz və şəffaf çıxışının təmin olunması baxımından effektiv mexanizmdir. KOB evlərinin başlıca üstünlüyü burada sahibkarlara dövlət və zəruri biznes xidmətlərinin vahid məkanda göstərilməsidir. Bu, sahibkarların vaxta və xərclərə qənaət etməsinə, onların daha çox biznesin inkişafı məsələlərinə fokuslanmasına imkan verir.
“Yevlax KOB evi”ndə sahibkarlara vergi, əmlak, kommunal xidmətlərə qoşulma, qida təhlükəsizliyi, kənd təsərrüfatı, reklam, poçt, mənşə sertifikatının, lisenziya və icazələrin alınması üzrə dövlət qurumları tərəfindən xidmətlər göstəriləcək. Burada həmçinin, özəl qurumlar bank, sığorta, lizinq, tərcümə, layihələndirmə kimi zəruri biznes xidmətlərini təqdim edəcəklər. Ümumilikdə “Yevlax KOB evi”ndə sahibkarlara 16 dövlət və özəl qurum tərəfindən 200-dən artıq xidmət göstəriləcək. KOB evlərinin fəaliyyəti ilə bağlı artıq müsbət təcrübə də vardır. Belə ki, 2020-ci ilin fevral ayında Xaçmaz şəhərində fəaliyyətə başlamış ilk KOB evində göstərilən xidmətlərdən sahibkarların məmnunluq səviyyəsi 98% təşkil edir. 2020-ci ildə “Xaçmaz KOB evi” vasitəsilə sahibkarlıq subyektlərinə 21 minə yaxın xidmət göstərilib.
“Yevlax KOB evi”ndə yaradılmış KOB İnkişafı Mərkəzində (KOBİM) isə mikro, kiçik və orta sahibkarlıq subyektləri, startaplar və biznes fəaliyyətinə başlamaq istəyənlər üçün təlimlər təşkil olunur. Qeyd edək ki, Bakı, Sumqayıt, Xaçmaz, Yevlax və Şəki şəhərlərində olmaqla, indiyədək 5 KOBİM sahibkarların istifadəsinə verilib. Ötən il 1200-dək KOB subyekti, startap və biznesə başlamaq istəyən potensial sahibkarlar KOBİM-lərin təlimlərindən, məsləhət və digər xidmətlərindən yararlanıblar. Yevlax KOB İnkişaf Mərkəzində də digər KOBİM-lər kimi, KOB subyektlərinə təcrübəli və peşəkar ekspertlər tərəfindən təlimlər keçirilır, məsləhət və digər xidmətlər göstərilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
1 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
1 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
1 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 3 saat əvvəl
-
3 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir




















